Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86059
az

TƏCİLİ! İranın yüksək rütbəli zabiti məhv edildi

09:2702 Aprel, 2023
906
SON DƏQİQƏ
  • A
Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Miqdad Mehqani ölüb. Oxu24.com xəbər verir ki, bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb. Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda “Sepah”ın hərbi müşaviri Milad Heydəri zərərsizləşdirilmişdi. Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu ildə ayətullah Xomeyninin tərəfdarlarından ibarət hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. “Sepah” İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn “Sepah”ı terror təşkilatı kimi tanıyır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda faciə: Ölənlər var
XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı