Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85982
az

KTMT Azərbaycan və Ermənistan sərhədinə  missiya göndərmək istəyir

13:1831 Mart, 2023
174
  • A

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.

Oxu24.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.

O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.

KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.

Qeyd edək ki, 1991-ci ildə - Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb. Hazırki sərhəd şərti xarakter daşıyır.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada yaşayış kompleksində partlayış- Ölən var - Video
Qaçırılan təyyarə görün harada tapıldı
Netanyahu     ABŞ-dədir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Lerikdə silah-sursat saxlayan şəxs həbs edildi- FOTO