Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8597
az

Gələcək körpənin cinsini hesablamaq olarmı?

12:0306 Yanvar, 2019
1703
TİBB
  • A
Bəzi valideynlər arzulayır ki, ailənin yeni üzvü mütləq oğlan və ya qız olsun. Bu məsələ çoxlu fərziyyələr yaradır, onların bir qismi özlüyündə elmi əsası var, bir hissəsi isə məşhur olan xalq fərziyyələrinə aiddir. Hər halda, gəlin bu fərziyyələrə aydınlıq gətirək.

Fərziyyə № 1.  Qadınların bir hissəsi yalnız qız, digər hissəsi isə oğlan dünyaya gətirə bilir.
Gəlin bu məsələdə  fiziologiyanı aydınlaşdıraq.

Hər bir insan bədəninin hüceyrəsində 23 cüt xromosom vardır. Onlardan 22-si  çox oxşardır. Yalnız 1 cüt xromosom (uşaq cinsiyyətinə cavabdeh xromosom) digərlərindən fərqlənir. Onlar zahirən hər biri - X hərfini xatırladır. Kişilərdə isə cinsi xromosomlardan biri o birilərinə heç oxşamayan "Y" formasındadır.

Oxu24.com anayam.az-a istinadən bildirir ki, dünyaya oğlan və ya qız uşağının gəlməsi üçün vacibdir ki, kişi spermatozoidi ilə qadın yumurtahüceyrəsi görüşsün. Onların birləşməsi zamanı döllük yumurta - ziqota əmələ gəlir. Bu hüceyrələrin hər birisi genetik dəst daşıyır. Özü də bütün yumurtahüceyrələr X-xromosomu saxlayır (digəri qadınlarda olmur) , amma spermatozoidlər isə iki növdə olur; X xromosom və Y xromosom. Əgər yumurta hüceyrəsi X xromosomla birləşərsə - qız, Y ilə birləşərsə - oğlan dünyaya gəlir.

Beləliklə, uşaq cinsiyyətinin formalaşmasının əsas məsuliyyəti qadın deyil, kişinin üzərinə düşür. Lakin hər kəs xatırlaya bilərki, bəzi ailələrdə nəsildən-nəslə yalnız qız və ya yalnız oğlan uşaqları doğulur. Niyə belə olur? Görünür, burada eyni cinsli uşaların doğumuna hansısa genetik meyllik mövcuddur. Bəlkə də, bütün iş sperma xüsusiyyətindən asılıdır hansı ki, X və ya Y  qruplu spermatozoidlərin aktivliyinə təsir edir.

Fərziyyə  № 2. Menstrual tsiklin tam ortasında oğlan, digər vaxtda isə qız yaranır.
Hər ay qadın bədənində  hormonların təsiri altında yumurtalıqda folekul yaranır, hansıki menstrual tsiklin ortasında partlayır və yumurta hüceyrəsini azad edir. Bu proses ovulyasiya prosesi adlanır. Yumurtadan çıxan yumurta hüceyrəsi uşaqlıq borusuna düşür, oradanda uşaqlığa doğru hərəkət edir. Yumurtahüceyrəsi öz mayalanma müddətini təxminən 24 saat ərzində qoruya bilir. Cinsi akt zamanı, qadın cinsi yoluna sperma (300-500 mln spermatozoid) düşür. Yalnız onların bir qismi uşaqlıq yolu, ordan da uşaqlıq borusuna keçir. Bu yola onlar 2-2.5 saat sərf edir, amma onlar mayalanma müddətini  2 - 7 gün ərzində qoruya bilir. Y-xromosomunu daşıyan spermatozoid, qadın X-xromosomunu daşıyan spermatozoiddən yüngül və çevik olur. Lakin onların həyat qabiliyyəti daha azdır və tez məhv olurlar.

Buna görə də, bu fərziyyə qismən doğrudur. Ovulyasiya günü yumurtahüceyrəsinə birinci kişi spermatozoidleri çatır. Əgər cinsi akt ovulyasiyadan 2-7 gün əvvəl baş veribsə, böyük ehtimal varki, mayalanma qadın spermatozoidləri tərəfindən baş verib.

Bu üsuldan istifadə etmək üçün, ovulyasiya vaxtını dəqiq müəyyən etmək lazımdır.

Fərziyyə  № 3. Gələcək valideynlərin zülal (ət, balıq)  pəhrizi saxlaması zamanı oğlan, karbohidrat  (meyvə, tərəvəz, şirniyyat) pəhrizi zamanı isə qız dünyaya gəlir.
Hesab olunur ki, X-xromosomu daşıyıcıları kalsium və maqneziumla zəngin mühitdə, Y - isə kalium və natriumla zəngin mühitdə  yaxşı yaşayırlar. Bu nəzəriyyə mübahisəlidir və hətta gələcək övlad üçün təhlükəlidir. Bunuda bilmək vacibdirki, müəyyən maddələrin olmaması uşağın gələcək sağlamlığına təsir göstərə bilər.

Məsələn, oğlan pəhrizini saxladıqda, fol turşusunun çatışmazlığı yarana bilir. Bu maddənin olmaması ilə mərkəzi sinir sistemi və onurğa sütununun qüsurları kimi pozuntulu uşaqların doğum ehtimalını artırır. Qadın pəhrizini saxladıqda isə B qrup vitaminlərinin və yod çatışmazlığı yarana bilər. Əgər yod çatışmazsa qalxanabənzər vəzi normal fəaliyyət göstərə bilməz, qadınlarda isə bu orqan funksiyasının  zəif olması nəticəsində ovulyasiya çox nadir halarda baş verir, bundan başqa yod çatışmazlığı sonradan uşağın əqli inkişafı üçün mənfi təsirini göstərə bilir. Bu üsul heç məsləhət olunmur.

Fərziyyə № 4. Uşağın cinsiyyəti ilin fəslindən və günündən aslıdır.
Əlamətə əsasən, payız mayalanması zamanı oğlan, yaz mayalanmasında isə qızlar doğulur. Bu metod bu fikirlə yaradılıb ki, kişi spermatozoidlərə daha rahat şərait lazımdır, yazda vitamin çatışmazlığı zamanı qızlarda daha çox şans var. Bu metod nə qədər düzgün olması məlum deyil, bu mövzunun da heç bir elmi tədqiqatları mövcud deyil.

Fərziyyə № 5. Əgər kişi buxar hamamına tez-tez baş çəkirsə, onda qızın yaranması ehtimalı daha çoxdur.
Bu metod pəhriz metodu kimi gələcək uşaq üçün təhlükəli sayılır.  Axı bədənin çox qızdırılması zamanı spermatozoidlərin mayalanmaya qabiliyyəti  aşağı düşür, onların bir qismi ölür, bir qismi isə öz anatomiyasını dəyişir. Yalnız Y-xromosomunun məhv olunması sübutu yoxdur, lakin buxar hamamından sonra mayalanma qabiliyyətinin aşağı düşməsi faktdır.

Statistikaya görə həftədə 2 dəfə buxar hamamına gedən kişilərin sonsuzluq riski, həftədə 1 dəfə gedən kişələrə nisbətdə yüksəkdir. Sperma keyfiyyəti hər hansı qızdırma yaradacaq xəstəlik zamanıda aşağı düşür. Və bu hal 3 aya kimi davam edə bilir.

Fərziyyə № 6. Uşaq cinsiyyətini valideynlərin yenilənmiş qanına görə hesablamaq olar.
Bu metodikaya əsasən, qadında  hər 3 ildən bir, kişidə isə hər 4 ildən bir qan yenilənir.  Hesab edilir ki, gələcək uşağın cinsi - mayalanma zamanı yeni olan qan sahibli valideynin cinsinə və xasiyyətinə oxşayacaq. Lakin bu üsulun bəzi incəlikləri vardır, onlar nəzərə, alınmasa hesablama səhv ola bilər. Əgər valideynlərdə son 3-4 ildə qan yenilənməsinə sabəb olan (1 lt qan köşürməsi) : müxtəlif əməliyyatlar, abort, doğum və s. kimi hallar baş veribsə, hesablama yaşa görə deyil, son qanyenilənmə tarixinə əsasən hesablanır. Bundan başqa əgər son menstruasiya güclü qanaxma ilə müşayiət olunubsa, o zaman hesablama o vaxtdan hesablanmalıdır. Bu barədə mütəxəssislə məsləhətləşmək daha düzgün olar.  "-" qan qruplu analar üçün bu hesablama şamil olunmur.

  Hesablama:

Gələcək valideynlərin yaşı - qadınlarda 3-ə, kişilərdə 4-ə bölünür. Qalığı az qalan valideynin qanı yenilənmiş hesab olunur və uşaq o valideynin cinsinə bərabər olur.

Ana - 22 yaş         22:3= 7.3

Kişi - 28 yaş       28:4= 7

Hesablamaya görə 7.3  7-dən böyükdür, deməli bu cütlüyün gələcək uşağının cinsi - oğlandır.

Əgər 21 yaşında ana əməliyyat keçiribsə, deməli onun qanı yenidir və uşağın cinsi qız olacaq.

Qalıq eyni olarsa, bu zaman əkizlərin olma (qız, oğlan) şansı yaranır. Bu halda hesablamanın düzgünlük ehtimalı yalnız 52% təşkil edir.

Bu metod populyar olmasına baxmayaraq, onun düzgünlük ehtimalı 90%-ə kimi hesab olunur.  Bir şeyi dəqiq söyləmək olar ki, bu metodika planlaşdırma zamanı tamamilə zərərsizdir.

Fərziyyə № 7. Uşaq cinsiyyətini diqər xalqların təqviminə görə planlamaq olar.
Uşaq cinsiyyətini hazırda məşhur olan Çin təqvimi və Yapon təqviminə görə hesablamaq olur. Bu hesablamanın nəticəsi 100% olmasada, düzgünlük faizi olduqca yüksək hesab olunur.

Yenədə dəqiqliklə demək lazımdırki, gələcək uşağın cinsini planlamaq olar.

Beləki, müasir tibb gələcək uşağın cinsini seçməyə imkanı verir. Bunu EKM (ekstrakorporal mayalanma) proqramı vastəsilə etmək mümkündür. Hansıki döllənmə ana bədənində deyil, sınaq şüşəsində aparılır və sonradan ana bətninə implant olur.

İmplantdan əvvəl genetik diaqnoz (xromosomların xüsusi testdən keçməsi prosesi) aparılır. Burada istənilən cinsi müəyyən edib, mayalandırmaq mümkündür. Bundan başqa bu diaqnoz, 150 yə yaxın irsi xəstəlikləri aşkar olunur. Buda xəstə uşağın dünyaya gəlməsi ehtimalını xeyli azaldır və EKM proseduru səmərəliliyini artırır. Ekstrakorporal mayalanmada genetik diaqnoz 100 %-dir.

Unutmayın ki, cinsindən asılı olmayaraq, uşaq  -  gözəl hədiyyədir!

Və onun cinsiyyəti yalnız Allahdan sizə göndərilən qismətdir! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ