Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8596
az

Azərbaycanda 270 xəstədən nümunə götürüldü: Nazirlik xəbərdarlıq etdi

11:5206 Yanvar, 2019
941
CƏMİYYƏT
  • A
Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.

Oxu24.com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: “Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb”.

Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:

“Ölkədə nfeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda hələ ki yoxdur”.

A.Əlyeva qeyd edib ki, Gürcüstanda “donuz qripi”nə yoluxma halları qeydə alınsa da, virusa yoluxma “alovlanma” səviyyəsində deyil.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

A.Əliyeva insanların özlərini viruslardan qoruması üçün bəzi qaydalara riayət etməsini də tövsiyə edib:

“İnsanlar çalışmalıdılar ki, kütləvi yerlərdən uzaq olsunlar, steril maskalardan istifadə etsinlər, xəstə insanlarla təmasda olmasınlar. Xəstə insanlar evdə qalmalı, həkim təyinatı ilə müalicə edilməlidirlər”.

Mütəxəssis bunu da qeyd edib ki, hava-damcı infeksiyalarının mövsümü olduğundan RGEM-in yerli şöbələri tərəfindən məktəblərdə də dezinfeksiya tədbirləri vaxtaşırı aparılır. Eyni zamanda, məktəblərdə təmizliklə məşğul olan şəxslər də dezinfeksiyaedici maddələrdən istifadə edərək nəm üsulla təmizlik işləri aparırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək
Ürəyin 1 nömrəli dərmanı bu salatdır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı