Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında ölkədə Amerika nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya başladılıb.
“OXU24.COM ” “Ura.ru”ya istinadən xəbər verir ki, həmçinin petisiya müəllifləri başqa variant da təklif edirlər - Ukraynanı öz nüvə silahına malik dövlətə çevirmək.
Petisiyanı indiyə qədər 100-dən çox şəxs imzalayıb.
Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.
ŞƏRHLƏR