Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85929
az

Məhkəmə əvvəl azadlığa buraxdı, sonra həbs etdi - Tiktoker "Roşka" niyə tutuldu?

19:0330 Mart, 2023
432
REDAKTORUN SEÇİMİ
  • A
"Roşka" ləqəbli ifaçı, məşhur sosial şəbəkə fəalı Rövşən Süleymanov saxlanılıb.
 
Qaynarinfo-nun məlumatına görə, Rövşən Süleymanovun "TikTok” sosial şəbəkəsində canlı yayımda söyüş və təhqir səsləndirməsi barədə polis orqanlarına müraciət edilib. O bu hərəkətlərini "roshroshka”, "barbie_ttl 11” və "Megafan” profili vasitəsi ilə edib. 
 
Polis "tiktokçu"nu saxlayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edib. İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılıb. 
 
Məhkəmənin hakimi 28 mart tarixində polis tərəfindən tərtib edilmiş protokolun və eyni zamanda buna dair materialların 18-ci Polis Şöbəsinə geri qaytarılmasına dair qərar qəbul edib.
 
 
O, məhkəmə zalından çıxarkən hakimin qərarını əsas gətirərək, polisin ünvanına "yekə kişisən, ayıb olsun, başın xarab olub deyəsən, heç bir səbəb olmadan məni məhkəməyə gətirmisən” ifadələri işlədib. Polislər onu intizama dəvət etsə də, Rövşən protokol yazan polisin ünvanına məhkəmənin inzibati binasının dəhlizində nalayiq ifadələr işlədib. 
 
Yenidən məhkəmə qarşısına çıxarılan Rövşən Süleymanov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 28 mart 2023-cü il saat 20:00-dan hesablanıb. 
 
Qeyd edək ki, sosial şəbəkələrdə "Roşka” ləqəbli ifaçı "No girl friend, no problem" adlı klipi ilə tanınıb. 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edildi