Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8592
az

Onurğa şişləri insanın iflicinə səbəb ola bilər - Vaxtında müalicə olunmazsa...

21:4705 Yanvar, 2019
1284
TİBB
  • A
Onurğa şişləri nə üçün yaranır? Sağlamlığa necə təsir edir? Müalicə olunurmu və ya, mütləq əməliyyat olunmalıdır?

Oxu24.com medicina.az-a istinadən bildirir ki, onurğa şişləri onurğa və onurğa beynini əmələ gətirən sümük, sinir və yumşaq toxumanın hər hansı bir hissəsində yaranır. Şişlər əsasən onurğanın boyun, kürək, bel və büzdüm kimi bölgələrində inkişaf edə bilər.

Onurğa şişləri bədxassəli və xoşxassəli olur.

Bədənin bir çox nahiyyələrində olan xoş xassəli şişlər narahatlığa və ağrıya səbəb olmaya bilər. Amma onurğada yaranan şiş xoş xassəli olsa belə ağrı, nevroloji problemlərə, hətta ifliclə nəticələnə bilər.

Onun yaranma səbəbləri dəqiq bilinmir, amma burda bir sıra ekoloji və genetik faktorların rol oynadığı məlumdur.

Spinal şişlər üç qrupa bölünür: sümük və toxumalarda inkişaf edən şişlər, sərt qişa ilə onurğa beyni arasında yerləşən şişlər və onurğa beyninin daxilində yaranan şişlər.

Xoşxassəli onurğa şişlərinin inkişafı bir qədər ləng gedir. Bu xəstələrdə ilk növbədə şişin basqısı nəticəsində ağrı yaranır. Şiş tədricən inkişaf etdikcə müxtəlif simptomlar, yəni xəstədə ağrıdan əlavə hərəkət pozğunluqları da yaranır. Məsələn, aşağı ətraflarda, ətraflardan birində, ya da ikisində zəiflik yaranması mümkündür. Bundan başqa, hissiyyat pozğunluğu da ortaya çıxar. Yəni şişin basqısı nəticəsində aşağı ətraflarda, yaxud da sinirin irradiasiya etdiyi sahələrdə keylik, hissiyyatın zəifləməsi yaranır. Bu hal onurğa şişlərində xarakterikdir.

Onurğa şişləri çanaq üzvləri orqanlarının funksiyalarının pozğunluqlarına da səbəb ola bilər. Sidik ifrazının pozulması, sidik qaçırma, defekasiya aktının qeyri-iradi olmasını da şişin əlamətlərindəndir.

Onurğa beyni şişlərinin daha dəqiq müayinəsi üçün Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya müayinələrinin aparılması tələb olunur.

Onurğanın xoşxassəli şişləri ölüm riskini deyil, xəstənin iflic olma riskini artırır.

Həkimə nə qədər tez müraciət olunarsa, şiş nəticəsində yaranan pozğunluqları daha tez bərpa etmək mümkündür. Hissiyyat pozğunluqları ilə bağlı yaranan problemlər dərinləşmədən müdaxilə olunarsa, həm əməliyyatın gedişatı, həm də reabilitasiya daha rahat olur. Həm həkim, həm də xəstə üçün yaxşı nəticə əldə edilir. Xəstələr bir qədər gec müraciət edəndə isə əməliyyatın radikallığından, yəni şişin tam götürülməsində asılı olmayaraq reabilitasiya müddəti uzana bilir. Hətta xəstələrin nevroloji defisiti, hərəkət zəifliyi, hissiyyat pozğunluğu keçməyə də bilir. Ona görə də erkən dövrdə, simptomlar yenicə başladığı mərhələdə həkimə müraciət olunması şərtdir.

Onurğa şişləri nəticəsində hətta hərəkətin tamamən itməsi də mümkündür. Aqressiv onurğa beyni şişlərində, bəzən xoşxassəli olsa belə, şiş əməliyyatla götürülsə də, onların təkrar yaranma ehtimalı böyükdür. Əməliyyat mikroskopla olunsa da, şiş toxuması gözlə görünəcək səviyyədə götürülür. Lakin onurğa beyninin özündən inkişaf edən şiş toxuması təkrar yarana, yayıla bilir və normal toxumaları da məhv edir.

Ən təhlükəli onurğa şişləri boyun hissəsində olanlardır. O, boyunun 3-cü seqmentinə qədər olan şişlərin tənəffüsdə ciddi problemə səbəb olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi