Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85917
az

Xaricdən avtomobil sifariş edənlərin nəzərinə

14:2830 Mart, 2023
257
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar imzalandığı tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Yeni qərar isə vətəndaşlar üçün bir sıra çətinliklər yaradıb. Belə ki, xaricdən avtomobil sifariş edən vətəndaşlar bildirirlər ki, onların xaircdən sifariş etdiyi avtomobillər hələ yoldadır, Həmin avtomobillər isə ən tez halda Azərbaycana 3-4 ay ərzində çatacaq. Yeni qərar isə 30 gündən sonra qüvvyə minir. Belə olan halda vətəndaşlar avtomobillərin ölkəyə buraxılmayacağından və ciddi zərərə düşəcəklərindən narahatdırlar.

Məsələ ilə bağlı Nazirlər Kabintendən Trend-in soğusuna cavab olaraq bildirilib ki, 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə veriləcək:

"Belə ki, əgər vətəndaş 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edib və müqavilə bağlayıbsa və bu avtomobilin yaşı 10 ildən çox olsa da, ölkəyə buraxılacaq"
Ətraflı

Məsələ ilə bğalı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı əsasən ölkəmizdə avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib. yaşı 10 ildən çox olan minik avtomobillərin sayı ölkəmizdə həddindən artıq çoxdur.

"Verilən bu qərar qarşıdan gələn yeni bir qərarı şərtləndirir. Ola bilər ki, Azərbaycanın Avro 5 ekoloji standartlara keçid baş tutsun. Hazırda ölkəmizdə Avro 4 standartları tətbiq edilir.

Ekspert həmçinin qeyd edib ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında qiymətlər 2% civarında bahalaşa bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda narkotik əməliyyatı - Foto
Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir
Bu şəhərimiz “Türk dünyasının gənclər paytaxtı” elan edildi

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Kartdan karta at” deyən 120 sahibkar cərimələndi- Fotolar