Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85914
az

Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR - Paşinyan sakitləşməsə...

13:3430 Mart, 2023
242
  • A

Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə də Qarabağda manevr imkanlarını hər ötən gün daha da daraldır. Rəsmi İrəvanın havadarlarına, hamilərinə arxayın olub Azərbaycanla keçmiş ritorika ilə danışmaq cəhdləri ermənilərin başında çatlayacaq problemi daha da böyüdür. 

Ermənistanın Bakıya qarşı ərazi iddialarından əl çəkmədiyi, revanş əhval ruhiyyəsi günü bu gün də istər Nikol Paşinyanın, istər Aratat Mirzoyanın, istərsə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın çıxışlarında yenidən açıq şəkildə hiss edilməyə başlayıb. Bakı sülhə doğru addım atdıqca, İrəvana barış əlini uzatdıqca Ermənistan rəhbərliyi ayağını daha yuxarıdan qoymaqda tərəddüd belə etmir. 

Təbii ki, Azərbaycana qarşı 44 günlük Vətən müharibəsindən sonra ərazi iddiası ilə çıxış etmək, suverenliyə təhdid olan bəyanatlar səsləndirmək rəsmi İrəvanın öz başının altından çıxan fərdi qərarı deyil. Aydın məsələdir ki, məlum güclər, regionda böyük maraqları olan dövlətlər və beyin mərkəzləri əllərindən gələni edirlər ki, Ermənistan Azərbaycanın sülh təklifinə razılıq verməsin və bölgədə gərgin vəziyyət qeyri-müəyyən zamana kimi hökm sürsün.

Bunu ötən gün Moskvaya səfər edib rusiyalı həmkarı ilə görüşən İran Xarici işlər naziri Abdullahianın oradan səsləndirdiyi bəyanatlardan da açıq şəkildə sezmək mümkündür. Tehran rəsmisi Sergey Lavrovla birgə iştirak etdiyi mətbuat konfransı zamanı bildirib ki, "Cənubi Qafqaz regionuna xarici müdaxilə vəziyyəti daha da çətinləşdirəcək".

Abdullahianın açıqlamasında "xarici müdaxilə" ifadəsinin məhz İsrail-Azərbaycan münasibətlərinin inkişafı, iki ölkə arasında dostluğun dünəndən etibarən yeni müstəviyə (29 martda İsraildə Azərbaycan səfirliyi rəsmən fəaliyyətə başladı) daxil olduğu bir məqamda səsləndirildiyini nəzərə aslaq, İran rəsmisinin bu mesajının məhz Bakıya ünvanladığı hava-su kimi aydındır.  

Abdullahianın regionla bağlı Moskvadakı bəyanatları arasında ən diqqətçəkən açıqlamalardan biri isə "Tehran hər hansı əsaslandırma ilə regionda geosiyasi vəziyyətdə istənilən dəyişikliyi rədd edir" oldu. Bununla da rəsmi Tehran açıq şəkildə bəyan etmiş oldu ki, "İran molla rejimi Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı yeni geosiyasi reallığı heç cürə qəbul etmək fikrində deyil. Rəsmi Bakının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Ermənistana etdiyi təzyiqləri və istəkləri deaktivləşdirmək istiqamətində də əlindən gələni edəcək. Azərbaycan bütün bu prosesləri beynəlxalq hüquq yox, hansı çərçivədə etməsinin də Tehran üçün bir mənası yoxdur. Bizim dediyimiz olmalıdır".

Bir az da konkretləşdirsək, İran XİN başçısı Rusiyadan bir daha bəyan etmiş oldu ki, Ermənistan sərhəddi və onun təhlükəsizliyi İranın daxili işidir, qırmızı çizgizisidir. 

Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında onu da deyib ki, Cənubi Qafqazdakı məsələlər "3+3" platforması vasitəsilə həll edilməlidir. Bu platformanı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib və Azərbaycan Prezidenti İlham Əliyev dəstəkləyib. Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları "3+3" platformasına zərbə vurub.

Cənab Abdullahian, İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, axı bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir. Niyə özünü aldatmağa cəhd edirsən?

Amma bölgə ətrafında proseslərin sürətlə bir-birini əvəzlədiyi bir vaxtda bu gün Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, Prezident İlham Əliyevin son bəyanatlarında xüsusilə qeyd etdiyi kimi, heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz, heç kim Azərbaycanı yolundan döndərə bilməz: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik".

Bəli, Sarıbaba yüksəkliyi əmliyyatını bir neçə gün öncə çox uğurla icra edib həmin istiqamətdə strateji yüksəklikləri nəzarətə götürən Azərbaycan ordusunun bu həmləsindən narahat olan Ermənistan və digər xarici qüvvələr, havadarlarına Azərbaycan əsgəri bu gün növbəti şoku yaşatdı. Belə ki, Ordumuzun bölmələri Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürməklə Qarabağ separatçılarının Ermənistanla gediş-gəlişini tamamilə deaktivləşdirib. 

Bu o deməkdir ki,Azərbaycan Gorus-Xankəndi yolunun Laçın rayonuna daxil olan hissəsində yolu bağlamaqla Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmağa başlayır.

Bu, eyni zamanda Gorus-Xankəndi yolunun Ermənistan sərhədindən başlayan hissəsinin - tamamilə yeni marşruta köçürülən Laçın dəhlizinin nəzarətə götürülməsi deməkdir. Və bu həm də rəsmi Bakının dəfələrlə gündəmə gətirdiyi "Laçın yolunun Ermənistan sərhədindən başlayan hissəsində nəzarət-keçid məntəqəsi qurulmalıdır" istəyinin gerçəkləşməsinə doğru praktiki addım hesab edilə bilər.

İndi mövcud situasiyadan istifadə edərək Ermənistanı Azərbaycana qarşı qızışdırmaqla özünü Cənubi Qafqazda real oyunçu kimi qəbul etdirmək niyyətində olan İran molla-fars rejimi, Rusiyanı itirmiş oldu, yoxsa onların küyünə gedib Bakıya qarşı təxribatlardan əl çəkməyən ermənilər?! 

Bakı bununla növbəti dəfə İrəvana mesaj vermiş oldu ki, kənar müdaxilələrin təsir və təkidi ilə Azərbaycanla sülhdən yayınma addımları atmaqdan boyun qaçır, danışıqlar prosesini bloklamaq üçün planlarını uzunmüddətli təxirə sal.

Hazırki situasiya eyni zamanda deməyə əsas verir ki, Ermənistanın Azərbaycanla yenidən təkbətək qalmaq zərurəti böyüyür. Amma görünür Nikol Paşinyan təhlükəni hiss etməyəcək qədər yenidən eyforiyaya (2022-ci ilin sentyabrında Paşinyan: "2018-ci ildə eyforiya şəraitində hakimiyyətə gəldik. Biz sərt reallıqla üzləşdik") qapılıb. Bu gedişlə Ermənistan baş naziri ölkəsini növbəti və daha ağır reallıqla üz-üzə qoyacaq. 

Çünki Paşinyan bu dəfə "Demokratiya Sammiti"ndə çıxış edərkən Ermənistanın ərazi bütövlüyü ilə bağlı bir sıra bəyanatlar verib və Azərbaycanın ərazi bütövlüyünə növbəti periodda da hörmətsizlik nümayiş etdirib. Ermənistan lideri "Demokratik ölkələr soyqırımların və vəhşiliklərin qarşısını almaq üçün çox şey etməlidir - məsələn, Dağlıq Qarabağda ermənilərin başına gələnlər" fikirləri ilə özünü demokratik adlandıran dövlətləri Azərbaycanın üstünə qaldırmaqla, Bakıya qarşı beynəlxalq təzyiqləri artırmaq və sülh danışıqları istiqamətində Bakının müəyyən müddəlarının sülh mətnindən çıxrılmasına nail olmağa çalışmaqla yanaşı, Şərqi Zəngəzuru yenidən "Dağlıq Qarabağ" kimi qeyd etməsi ilə Ermənistanın yeni işğal siyasətinin başında olduğunu, Azərbaycana qarşı təzədən ərazi iddialarını alovlandırdığını göstərmiş oldu.

Paşinyanın növbəti bəyanatı isə Ermənistanı süddən çıxmış ağ qaşıq kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Ermənistan baş naziri oxları Bakının üzərinə istiqamətləndirməyə çalışaraq, qanunsuz əməllərinə, destruktiv sülh mövqeyini pərdələməyə çalışdı: "Ölkəmizdə demokratik təsisatların güclənməsi ilə paralel olaraq, 2022-ci ilin sentyabrında biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı təcavüzlə üzləşmək məcburiyyətində qaldıq və bu, suveren ərazilərimizin bir hissəsinin Azərbaycan tərəfindən işğalına səbəb oldu".

Paşinyan bu bəyanatla növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq, prosesləri təhrif etməklə məşğul oldu. Baş nazir Azərbaycanı "işğalçı" kimi təqdim etməklə Ermənistanı müdafiə edəcək dövlətlərin sırasına yenilərini qatmağı hədəfləmək niyyəti güdsə də bu dəfə də siyasi naşılığını etdiyi bu çıxışla isbatlamış oldu. 

Çünki Rusiyanın moderatorluğu ilə Soçi görüşlərində İlham Əliyev və Putinin qarşısında sərhədlərin delimitasiya-demarkasiyası məsələsi ilə bağlı öhdəliklərə Ermənistan adına boyun olan elə məhz Paşinyanın özü idi. Sərhədlərin delimitasiya və demarkasiyası aparılmadan həmin yerlərin kimə məxsus olduğu ilə bağlı belkə bir çıxış "tutar qatıq, tutmaz ayran" məsələni aktuallaşdırır. 

Nikol Paşinyanın sərsəm bəyanatlarının, Azərbaycana qarşı sn həftələr törədilən silahlı təxribatların sir pərdəsini isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açır. Ötən gün Armen Qriqoryanın açıqlaması Ermənistanın və havadarlarının bölgədə yeni planlarının nədən ibarət olduğunu açıb ortaya qoydu.

O bildirib ki, bölgədə yeni eskalasiya təhlükəsi var və bunun üçün regiona beynəlxalq faktaraşdırıcı missiyanın gəlməsi vacibdir. Bəli, Ermənistanın qarnının ağrısı, daha doğrusu "sancılarının" son günlər bir xeyli artması belə görünür ki, elə bu ifadənin arxasında gizlənibmiş. 

Buradan bir daha aydınlaşır ki, son həftələr Azərbaycanla sərhəddə və Qarabağda Ordumuzun bölmələrinə qarşı hərbi təxribatların, bu qədər "canlanmanın" hansı səbəbdən qaynaqlanır. Ermənistan tərəfi bilərəkdən eskalasiya riskini artırmağa çalışaraq, beynəlxalq təşkilatlarda və dünya ictimaiyyətində guya "Azərbaycan bizə qarşı yeni işğal planı qurub, ermənilərə Qarabağda dəhşət yaşadacaqlar" fikrini formalaşdırmaqla havadarları olan dövlətlərin birləşmiş və yaxud fərdi şəkildə qoşunlarını bölgəyə çəkib gətirərək Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı yeni savaş meydanına çevirməyə çalışır. Ermənistan nəticədə bu eskalasiyadan özünə sərf edən "nəticəni" götürərək, prosesləri yenidən 3 il əvvəlki mərhələyə qaytarmaq xəyallarındadır.

Amma beynəlxalq ictimaiyyətə Azərbaycanı "işğalçı" kimi təqdim etmək, qəbul etdirmək üçün dəridən-qabıqdan çıxan Ermənistan və havadarlarına rəsmi Bakı master-klass göstərməkdə davam edir. Azərbaycan bugünkü əməliyyatlarla növbəti dəfə göstərdi ki, Bakıya qarşı hazırlanan məkirli planlar, qurulan yeni çirkli oyunlar həmin dövlətlərin ancaq özünü ləkələməyə yetərlidir. Azərbaycan mövqeyindən və çıxdığı bu yoldan bir addm geri atmayacaq, çünki beynəlxalq hüquq da imkan verir ki, rəsmi Bakı onun olanı işğalçılardan qoparsın, ölkəni kənar təhdidlərdən, təhülkələrdən qorusun. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni nazir ELAN ETDİ -HƏMAS və "Hizbullah" məğlub edildi
Olaf Şolts Prezident İlham Əliyevə zəng etdi
Putindən SƏRT QƏRAR -Miqrantlar bunları sübut edə bilməsələr...

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü