Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85900
az

DYP hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib

09:5430 Mart, 2023
108
CƏMİYYƏT
  • A
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir. Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmiryol nəqliyyatı ilə bağlı YENİ QƏRAR
Təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırıldı - VİDEO
İtkin düşdüyü hesab olunan kişinin meyiti tapıldı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi