Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hazırlanan MARLIN SIDA (silahlı pilotsuz dəniz aparatı) daha bir yeniliyi ilə gündəm olub. Belə ki, SIDA-dan "Kuzgun-KY" raketinin buraxılışı həyata keçirilib.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, nazirlik sınağın uğurlu olduğunu bildirib və bununla bağlı görüntüləri yayıb.
Qeyd edək ki, MARLIN SIDA dünyada elektron döyüş qabiliyyətinə malik yeganə pilotsuz hərbi katerdir. Ondan kəşfiyyat, suüstü döyüş, sualtı döyüş, baza/liman/kritik obyekt və üzən platformaların mühafizəsi kimi vəzifələrdə istifadə edilməsi planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR