Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85872
az

Gürcüstanda qasırğa ölümlə nəticələnib - VİDEO

18:3929 Mart, 2023
138
DÜNYA
  • A

Axşam saatlarında Gürcüstanın bir sıra qərb bölgələrində qasırğa fəsadlara səbəb olub.

OXU24.COM  APA-ya istinadən bildirir ki, Acarıstan Muxtar Respublikasının Batumi, Ozurgeti, Kabuleti və digər bölgələrində güclü külək nəticəsində evlərin və binaların dam örtüyünə ziyan dəyib, parklarda və mərkəzi küçələrdə ağaclar aşaraq hərəkətə maneə yaradıb.

Kobuleti rayonunda minik maşınının üzərinə ağacın aşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Batumidə isə şüşənin piyadaların üzərinə tökülməsi nəticəsində aralarında azyaşlı da olmaqla üç nəfər xəsarət alıb.

Məlumata görə, güclü küləyin Batuminin bir sıra mərkəzi yollarında ağacları aşırması nəticəsində avtomobillərin hərəkətində maneələr yaranıb, elektrik enerjisinin tədarükündə kəsintilər baş verib.

Bundan başqa şəhərin əsas stadionunun yaxınlığında yerləşən avtomobil dayanacağında metal konstruksiya avtomobillərin üzərinə aşıb.

Külək səbəbilə Batumidə onlarla təcili yardım çağırışının edildiyi, yanğınsöndürən və xilasedicilərin səfərbər edildiyi bildirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən çox qızıl ehtiyatına malik ölkələr
Ukrayna bu əməliyyata çox gizli hazırlaşıb - Şolts
Rəisinin helikopter qəzası ilə bağlı yayılan son xəbərlər təkzib olundu -YENİLƏNDİ

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
70 yaşlı sabiq direktor məhkəmədən gizləndi: Axtarışa verildi