Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85865
az

Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

16:2529 Mart, 2023
118
CƏMİYYƏT
  • A

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 01-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-u axşamdan aprelin 01-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 01-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi