Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85855
az

Zakir Sultanov kassasiya şikayətini geri götürüb

13:5829 Mart, 2023
203
CƏMİYYƏT
  • A
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov kassasiya şikayətini geri götürüb. Oxu24.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Bildirilib ki, Z.Sultanov şikayətlə bağlı yenidən Ali Məhkəməyə müraciət edəcək. Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu üsulla pul ödəmədən işıqdan istifadə edə bilərsiniz - VİDEO
Şagirdin ağzını skoçladı deyilən müəllim DANIŞDI: "Şagirdlərin çənəsinə..." - Yenilənib
Serdar Ortac kimdir? – Keçmiş milyonçu, sağalmaz dərdə düşən qumarbaz

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ