İsrail vətəndaşları bu ilin sentyabrından ABŞ-a vizasız səfər edə biləcəklər.
Oxu24.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netenyahu tviterdə yazıb.
Onun sözlərinə görə, İsrail vətəndaşlarının ABŞ-a səfəri üçün bütün qanuni tələblər yerinə yetirilib: “Növbəti aylarda daha bir neçə prosedur həyata keçiriləcək. 2023-cü ilin sentyabrında ABŞ İsrail vətəndaşlarının vizasız səfər edə biləcəkləri ölkələr siyahısına daxil olacaq”.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR