Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85839
az

Rusiya nüvə təlimlərinə başlayıb

11:3029 Mart, 2023
115
DÜNYA
  • A

Rusiyanın Strateji Raket Qüvvələri (RVSN) Yars kompleksləri ilə təlimlərə başlayıb.

Oxu24.com xəbər  verir  ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yars” qitələrarası ballistik raketlər buraxa və 11 min km-ə qədər məsafədəki hədəfləri vura bilir. Nazirlikdən bildirilib ki, təlimlərə 3000-dən çox hərbi qulluqçu və 300-ə yaxın texnika cəlb olunub.


Manevrlər Strateji Raket Qüvvələrinin 2023-cü il üçün hazırlığı planına uyğun olaraq, “Yars” mobil yerüstü raket sistemləri ilə təchiz edilmiş Novosibirsk raket birləşmələri ilə Omsk raket birləşməsinin kompleks nəzarət yoxlanışı həyata keçirilir. 

Yarsı Rusiyanın üç regionunda sınaqdan keçiriləcək. Raketçilər Mərkəzi Hərbi Dairə və Aerokosmik Qüvvələrin birləşmələri ilə birlikdə raket sistemlərinin kamuflyajını işləyib hazırlayacaq və müasir hava kəşfiyyat vasitələrinə, o cümlədən pilotsuz təyyarələrə qarşı mübarizə aparacaq.

Yars və ya RS-24 bərk yanacaqlı qitələrarası ballistik raketə əsaslanan strateji kompleksdir. 2009-cu ildə qəbul edilib.

Kompleks çoxsaylı döyüş başlığı ilə təchiz olunub - modifikasiyadan asılı olaraq 3-dən 6-ya qədər döyüş başlığı, onların hər biri öz hədəfini vura bilir.

Raketin uçuş sürəti 14 Mach-a qədərdir və onun partlayıcı gücü bir milyon tona bərabərdir. Rusiya deyir ki, heç bir raketdən müdafiə sistemi onu vura bilməz.

Rusiyalı hərbi ekspertlər əmin edirlər ki, “Yars” Rusiya ordusu ilə böyük miqdarda xidmətdədir. Bu, Strateji Raket Qüvvələrinin ən kütləvi raket sistemidir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telegram ruslar üçün kanalın monetizasiyasını deaktiv edib
Polşa Çin vasitəsilə Belarusa təzyiq göstərdi
Daha bir Qərb bankı Rusiyanı tərk edir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi