Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş olacaq.
Bu barədə Oxu24.com “TASS”a istinadən xəbər verir.
İranın xarici siyasət idarəsinin rəhbəri görüş üçün Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.
Diplomatlar Ukrayna müharibəsini, Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üzrə görüşünün hazırlanması, “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkilini də diqqət mərkəzində saxlyacaqlar.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR