Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85812
az

Bayram şirniyyatlarını yeməzdən əvvəl limonlu su içmək ZƏRƏRLİDİR - SƏBƏB...

21:5028 Mart, 2023
140
CƏMİYYƏT
  • A

Bayram şirniyyatlarını qəbul etməzdən əvvəl limonlu, sirkəli su içmək çox yanlış və zərərli təklifdir. Həmin pasiyentlər gec-tez ya reflüks xəstəliyindən əziyyət çəkəcəklər, ya da mədədə turşuluğun yüksəlməsi ilə gedən qastritə gətirib çıxaracaq. Mədə yarası, helikobakter pilori, onikibarmaq bağırsaq xorası olanlarda isə kəskinləşmə qeydə alınacaq. Odur ki, qətiyyən məsləhət görməzdim. Çünki onun şəkəri azaltmaqda, qəbul edilən kaloriləri məhdudlaşdırmaqda heç bir əhəmiyyəti yoxdur.

OXU24.COM  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

Ekspertin sözlərinə görə, soda və ya sodalı içkilərin qida qəbulu ilə paralel içilməsi tövsiyə olunmur. Çünki sodalı su mədə möhtəviyyatını, yəni mədənin turşuluğunu neytrallaşdıraraq həzm prosesini ləngidir: "Əgər biz qarışıq qidalar qəbul edəcəyiksə və onlarda da hansısa qida toksiki infeksiyası varsa, bizi qoruyan mədə turşuluğunu neytrallaşdırmaqla qoruyuculuğu da neytrallaşdıracağıq. Həmin pasiyentlər bayram süfrələrində daha çox zəhərlənmə halları ilə üz-üzə qala bilərlər". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tıxaclardan qurtuluruq -Yeni çəkiləcək yollar bunlardır
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər susuz qalacaq
Azərbaycanda bu qurumlarda dəyişkən iş qrafiki TƏTBİQ EDİLƏCƏK

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb