Lənkəran rayonunda tükürpədici hadisə baş verib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, rayonun Separadi kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini amansızlıqla öldürüb.İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur.Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.Görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.
Daxili İşlər Nazirliyi də inəyin vəhşicəsinə öldürülməsi hadisəsi münasibət bildirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.M.Rzayev qeyd edilib ki, yaxın zamanda məsələyə hüquqi qiymət veriləcək.
"Sözügedən hadisə ilə bağlı heyvanın sahibi Elvin Əzimov 03.01.2108-ci il tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib. Həmin mütaciət əsasında Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”- deyə açıqlamada qeyd edilir.
Oxu24.com
ŞƏRHLƏR