Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85774
az

ABŞ-da matəm elan edilib

09:0828 Mart, 2023
151
  • A
ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsi barədə göstəriş verib. Bu barədə Oxu24.com “Haber Global”a istinadən xəbər verir. Müvafiq olaraq, ABŞ-ın bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla, bayraqlar eyni tarixə qədər yarıya qədər endiriləcək. Qeyd edək ki, ötən gün ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl məktəb olan “The Covenant”a silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub. Yerli polis silahlı hücumçunun hadisə yerində öldürüldüyünü bildirib. Polis hücum edənin özünün də bu məktəbi bitirmiş 28 yaşlı Odri Elizabet Hale adlı qadın olduğu barədə məlumat yayıb. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət Baxçalının ürək qapağı dəyişdirildi
Ukrayna Hollandiyadan F-16 qırıcıları alıb
Culanini Fransaya dəvət etdi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu