Prime Logistics
Baş Mühasib
Son tarix 27 apr 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir və nəzarət edir.
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
Qaomə Kəsilməsi , Daxili və Xarici ödənişlərin təmin edilməsi.
Tələblər:
Müvafiq sahə üzrə Ali təhsil;
Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;
Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
Kompüter biliyi MS Word, Excel, 1С 8.3,
Rus dili vacibdir.
5 günlük iş həftəsi
Əmək Haqqı: 1500 - 1800 AZN ( Bilik Və bacariqa görə dəyişə bilər)
Oxu24.com
ŞƏRHLƏR