Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85740
az

Pomidor turşusundan zəhərlənmə zamanı bu təhlükəli proses baş verir

21:4527 Mart, 2023
126
  • A

Novruz süfrəsini daha çox şəkərli, karbohidratlı təamlar bəzəyir. Əgər qəbul edilən içkilərin siyahısına alkoqollu məhsullar da qoşulursa, bu, o deməkdir ki, mədəaltı vəzi bayramda çox ağır iş rejimində işləyəcək. Həmin pasiyentlərdə pankreatit riski artır.

OXU24..COM  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

Mütəxəssis bildirib ki, bayram günlərində qida və alkoqol zəhərlənmələrinə də rast gəlinir: "Qida və ya alkoqol qəbulundan ilk 2-4 saat ərzində qusma, ishal, halsızlıq, baş gicəllənməsi, üşütmə kimi əlamətlər meydana çıxarsa qida toksiki və ya alkoqol zəhərlənməsindən şübhələnmək, vaxt itirmədən dərhal həkimə və ya təcili tibbi yardım stansiyasına müraciət etmək lazımdır. Alkoqol zəhərlənməsi zamanı ev şəraitində bol maye və ya aktivləşdirilmiş kömür kimi absorbent kimi maddələr istifadə oluna bilər.

Ən çox turşu zəhərlənməsi pomidor turşusundan olur. Zəhərlənmə zamanı botulizm adlandırılan təhlükəli proses qeydə alınır. Alatoran görmə, nitqin pozulması, qusma kimi hallar müşahidə edilərsə, vaxt itirmədən dərhal mütəxəssislə əlaqə saxlamaq və ya təcili tibbi yardım stansiyasına müraciət edilməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Qazaxda evdə yanğın -VİDEO