Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8573
az

70% qurbanını öldürən ″gizli″ qadın xəstəliyi - Heç bir əlaməti olmur!

10:4705 Yanvar, 2019
1187
TİBB
  • A
Qadınların kabusu olan yumurtalıq xərçəngi əlamətsiz inkişaf etdiyinə görə daha gec mərhələdə aşkarlanır. Buna görə bu xəstəlikdən sağalma şansı çox azdır.

Medicina.az-ın xəbərinə görə, onkoloqlar bildirirlər ki, əgər xəstənin yaşı 35-dən çoxdursa, o zaman xəstəlik ilkin mərhələdə aşkarlansa belə onun yaşama müddəti 5-7 il olur.

Məhz bu səbəbdən qadınlar hər 6 aydan bir transvaginal USM müayinəsindən keçməlidirlər. Bu, əsasən də doğuş zamanı problem yaşayan və ya hər hansı bir xəstəlik keçirən qadınlara aiddir.

Yumurtalıq xərşənginin ilkin simptomları kolitin əlamətlərini xatırladır.

Bu xərçəng növü əsasən 30 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir.

Xəstəlik zamanı aşağıdakı əlamətlər müşahidə dilə bilər:  

•Qarnın vaxtaşırı və ya davamlı köpməsi
•Qəbizlik, mədə pozuntusu və ya qarında ağrılar
•Çanaq bölgəsində davamlı və daimi ağrılar
•Belin aşağı nahiyyəsində ağrılar
•Qeyri-ixtiyari sidik qaçırma, sidik ifrazı zamanı ağrı və yanma hissi
•Çəkinin azalması
•Daimi yorğunluq hissi
•Cinsi əlaqə zamanı ağrı

Əgər siz də özünüzdə yuxarıda sadalanan əlamətlərdən bir neçəsini hiss etmisinizsə, o zaman təcili olaraq həkimə müraciət edərək USM müayinəsindən keçin.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı