Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8570
az

Xəstə uşaq üçün yığılan pulu ələ keçirən "hacı" kimdir? - TƏFƏRRÜAT + VİDEO

09:4605 Yanvar, 2019
809
CƏMİYYƏT
  • A
 Xəstə uşaq üçün yığılan pul fırıldaqlıqla ələ keçirilib.

Oxu24.com -un  Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxt sakini Rahil Cəfərovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, bir müddətdir ki, bacısı qızı, 3 yaşlı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Qızın müalicəsi üçün külli miqdarda vəsait lazım olduğundan ailə xeyirsevər insanlardan yardım istəyib və bank hesabı açıblar. Balaca qızın müalicəsi üçün müəyyn miqdar yardım toplanıb. Bir neçə gün əvvəl uşağın dayısına Rusiya nömrəsindən bir nəfər SMS yazaraq uşağın müalicəsi üçün lazım olan 50 min dollar ödəmək istədiyini bildirib.

Votsap yazışmasında özünü "hacı" kimi təqdim edən həmin şəxs daha sonra Aylinin hesab kartının nömrəsini istəyib. Rahil Cəfərov bankomat kartının şəklini çəkərək votsapla ona göndərib. Səhəri gün Rahil Cəfərov bank hesabını yoxlayarkən aldadıldığını öyrənib. O, həmin şəxsin 3 yaşlı qızın müalicəsi üçün yığılan 5 minə yaxın pulun oğurlandığını görüb.

Zərərçəkmiş deyir ki, sosial şəbəkədə xüsusi proqramda həmin nömrə ''Hüseyn Vaqif oğlu'' adı ilə qeyd olunub. Hazırda polis həmin şəxsin Azərbaycanda olub- olmamasını araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur kanal iki seriala görə cərimələndi
İran kütləvi hərbi təlimlərə başlayır
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi