Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8568
az

Azərbaycanda 270 xəstədən nümunə götürüldü - Nazirlik xəbərdarlıq etdi: maska taxın!

09:3405 Yanvar, 2019
957
CƏMİYYƏT
  • A
Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.

Oxu24.com  xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: "Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb".

Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:

"Ölkədə infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda, hələ ki, yoxdur".

A.Əlyeva qeyd edib ki, Gürcüstanda "donuz qripi"nə yoluxma halları qeydə alınsa da, virusa yoluxma "alovlanma" səviyyəsində deyil.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

A.Əliyeva insanların özlərini viruslardan qoruması üçün bəzi qaydalara riayət etməsini də tövsiyə edib:

"İnsanlar çalışmalıdılar ki, kütləvi yerlərdən uzaq olsunlar, steril maskalardan istifadə etsinlər, xəstə insanlarla təmasda olmasınlar. Xəstə insanlar evdə qalmalı, həkim təyinatı ilə müalicə edilməlidirlər".

Mütəxəssis bunu da qeyd edib ki, hava-damcı infeksiyalarının mövsümü olduğundan RGEM-in yerli şöbələri tərəfindən məktəblərdə də dezinfeksiya tədbirləri vaxtaşırı aparılır. Eyni zamanda, məktəblərdə təmizliklə məşğul olan şəxslər də dezinfeksiyaedici maddələrdən istifadə edərək nəm üsulla təmizlik işləri aparırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - Qərar
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı