Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

04 May 2024
Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski
03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
BÜTÜN XƏBƏRLƏR
8564
az

Un kəskin bahalaşıb - Sahibkarlar ucuz çörək istehsalını dayandırır

20:3104 Yanvar, 2019
943
İQTİSADİYYAT
  • A
 Son vaxtlar unun qiymətində bahalaşma müşahidə olunur. 50 kiloqramlıq kisədə 5-6 manat artım var. Belə ki, 4 ay əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 26-27,5 manata satılır.

Oxu24.com BakuPost-a istinadən xəbər verir ki, çörək istehsalı ilə məşğul olan sahibkarın Strateq.az-a verdiyi məlumata görə, bazarda kritik vəziyyət yaranıb: "Böyük dəyirmanlar – "Fatoğlu”, "Ərərboğlu” və s. 26 manatdan aşağı un satmır. Eyni zamanda ilin əvvəlindən verilən bütün malları elektron qaimə ilə satılır. Bu da hər kisə unun üzərinə əlavə 80 qəpik xərc deməkdir. Bundan başqa, 35 qəpik də daşıma pulu alınır. Dükanlarda isə unun bir kisəsini 27 manatdan aşağı satmırlar. Heç sərf eləmir, ziyana işləyirik, çörəyin çəksini endirməklə də vəziyyətdən çıxmaq mümkün deyil. Çünki dərhal monitorinq aparıb bizi cərimələyərlər. Artıq bir çox istehsalçılar ucuz çörək istehsalını dayandırıblar. Bazarda alıcılara 30 qəpiklik çörək təklif olunmur, iri istehsalçılar isə 40 qəpiklik məhsulların çəksini azaltmağa məcbur olublar”.

Sahibkarın dediyinə görə, qiymətlərin bahalaşması ilə yanaşı, keyfiyyət də aşağı düşüb: "Dəyirmanlar əvvəlki keyfiyyətdə mal satmırlar, əllərinə nə gəldi, üyüdüb verirlər, bu da bizim kimi istehsalçılara əlavə zərərə vurur. Dediklərinə görə, ölkədə taxıl qıtılığı var, problem ona görə yaranıb”.

Ekspertlər hesab edirlər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir. Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə bu, daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

İqtisadçı ekspert Nazim Bəydəmirli şərhində bildirib ki, Azərbaycan ərzaq buğdasını əsasən Rusiya və Qazaxıstandan idxal edir:

"Rusiya bazarında həm buğdanın qiyməti qış aylarında həmişə artır, həm də dəmiryolu daşıma tariflərinin 11 faiz artması ilə bağlı məlumatlar yayılmışdı. Bu baxımdan qiymətlərin artması qaçılmazdır. Digər tərəfdən, Azərbaycanda il ərzində ərzaq buğdasının sağlam saxlanılmasında hələ də problemlər var, anbarlar kifayət qədər deyil, mövcud anbarlar da taxılın keyfiyyətli saxlanılması üçün aerasiya və havalandırma sistemləri müasir deyil. Buna görə həm də hər il kifayət qədər taxıl sıradan çıxır, elmi dildə desək, nəmişlik normada saxlanılmadığına görə "yanır, göbələkləyir”. Belə buğdanı çörəkbişirmədə yararlı hala gətirmək üçün müxtəlif kimyəvi qatqılar əlavə olunur və nəticə etibarilə vətəndaşlar çox vaxt aldıqları çörək məmulatlarının keyfiyyətindən narahatdırlar”.

Nazim Bəydəmirli təəssüflənir ki, bu sahədə ixtisaslaşmış, 100 illik təcrübəsi olan "Voronejselmaş” rəhbərliyi onunla birlikdə keçən il kənd təsərrüfatı nazirinin müavini, "Aqrolizinq” ASC və digər strukturlarının rəhbərliyi ilə görüşdə qaldırdığı təkliflərə hələ də cavab verməyiblər:

"Bizim keyfiyyətli və ucuz, həm də lizinq, kredit şəklində təklif etdiyimiz texnoloji avadanlıqların, müasir optik separatorların əvəzinə mənşəyi məlum olmayan avadanlıqlar alaraq, həm də bu sahədə geriləməyə gediblər. "Aqrolizinq”in əvvəlki rəhbərləri dövlətin pulunu silmək üçün bizim avadanlıqları birbaşa deyil, xaricdə qeydiyyatdan keçirilmiş şirkətlər vasitəsi ilə baha qiymətlərə alıblar.

Rusiyadan bizim kənd təsərrüfatı naziri İnam Kərimova ünvanlanmış məktub "Aqrolizinq”in keçmiş sədri Elşən Məmmədovun stolunun üstündə qalmışdı, məni bir-iki ay görüşə dəvət etdilər, gəldim, gördüm ki, köhnə adamlar yenə də Kənd Təsərrüfatı Nazirliyində  iş başındadırlar, ona görə də bu sahədə heç bir irəliləyişin olacağına əmin deyiləm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil