Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85619
az

XİN açıqlama yaydı

19:1626 Mart, 2023
221
SİYASƏT
  • A

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

"Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir", - XİN rəsmisi deyib.

Qeyd edək ki, son günlərdə Fransa Prezidenti Emmanuel Makronun bu ölkədə qanunvericiliyə dəyişikliklər qərarı ilə bağlı etirazçılara qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə güc tətbiq olunmaqdadır. Bu zorakılıq Avropa Şurası, "Amnesty International" və bir çox digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən pislənib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı
Ukraynada İSTEFA DALĞASI -Zelenskiyə yaxın olan ikinci şəxs də GETDİ
Ukraynada 3 nazir və fond rəhbəri İSTEFA VERDİ

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Prokurorluq bəraət alan şəxslə bağlı protest verdi