Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85593
az

İşçilər axtarılır: Maaş 1000 azn+ bonus

12:0926 Mart, 2023
1097
ELANLAR
  • A

Camal LTD

Beynəlxalq əlaqələr üzrə koordinator Son tarix 25 apr 2023 [email protected]

Namizədə tələblər:
Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq, İngilis dili orta; 
Cins kişi və qadın;
Təhsil: Ali təhsil / İxtisas üzrə təhsilin və maliyyə təhsilinin (xususilə riyazi biliklərin) olması arzuolunandır.
İş təcrübəsi: İstehsalat sahəsində qeyd olunan vəzifədə 3 ildən artıq
Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədəişləmək bacarığı;
Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
Analitik düşünmə və kreativlik;.
Vəzifə öhdəlikləri:
Mövcud şöbənin müəssisənin satış strategiyasına dəstək xarakterli proyektlərin həyata keçirilməsində mühüm rol oynayır.
Müvafiq işçi bu mühüm proyektlərin adminstrativ tətbiqi qismində iştirak etməli, beynəlxalq əlaqələr üzrə yazışmaların , danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi vəzifə öhdəliklərini həyata keçirməlidir.
İş prosesində ilk dönəm vəzifənin bütün tələbləri ilə bağlı incəliklər tədris ediləcəkdir.
İş şəraiti:
İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
Əmək haqqı: 1000 AZN-dən başlayaraq
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D 

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Beynəlxalq əlaqələr üzrə nümayəndə” Mövzu bölməsində göstərin.   

 

İstehsal üzrə mühasib
 Son tarix 25 apr 2023 [email protected]

Namizədə tələblər:
Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır.
Təhsil: Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq).
İş təcrübəsi: İstehsalat sahəsində qeyd olunan vəzifədə 3 ildən artıq
Kompüter bilikləri: MS Office, 1C.
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı.
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Vəzifə öhdəlikləri:
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmalıdır
Şirkət Rəhbəri və Maliyyə şöbəsinin müdiri  tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək
İş şəraiti:
İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
Əmək haqqı: 1200 AZN-dən başlayaraq
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D 

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İstehsal üzrə mühasib” Mövzu bölməsində göstərin.     

 

Debitor Borclar üzrə Mühasib
 Son tarix 25 apr 2023 [email protected]

İş barədə məlumat:
Debitor borclarının izlənməsi və təhlili;
Şübhəli Debitor borclarının müəyyən edilməsi; 
Avans sahiblərinin balanslarına nəzarət etmək; 
Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq; 
Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək; 
Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq; 
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq; 
Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması; 
Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili; 
Debitorların izlənilməsi, gündəlik E-qaimə tərtib edilib göndərilməsi; 
Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
Namizədə tələblər: 
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər 
Yaş : 27 - 45 
Cins : Kişi 
Ali təhsil; 
Maliyyə sahəsində 1-3 illik təcrübə; 
Güclü proses və planlaşdırma düşüncəsi; 
İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmaq; 
Microsoft Word, Excel, 1C(8.3) 
Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı; 
Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək; 
Yaş həddi 27-45.
Əmək haqqı: 800 AZN +

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Debitor borclar üzrə mühasib” Mövzu bölməsində göstərin.

 

Sətəm üzrə mütəxəssis
 Son tarix 25 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:
İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçiriməsi;
İstehsalat sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzə işlərin planlaşdırılmasında və icra edilməsində iştirak etmək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil və icra edilməsində iştirak etmək;
Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında və cavablandırılmasında iştirak etmək;
İş şəraiti nəzərə alınmaqla qiymətləndirilmiş risklərin səviyyəsinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin aparılmasında iştirak etmək;
Sağlamlıq, əmək şəraiti və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi sahələrində,həmçinin podratçı/subpodratçı təşkilatlardan məlumatların toplanması,işlənməsi və aidiyyatı üzrə ötürülməsi işlərinin həyata keçirməsində iştirak etmək;
Sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi,o cümlədən  iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;
Gündəlik, aylıq, illik hesabatların tərtib etmək şöbə müdir müavininə, şöbə müdirinə təqdim etmək;
İşçilərin vaxtlı-vaxtında dövri tibbi müayinədən keçmələrini təmin edilməsində iştirak etmək və dövri (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının müvafiq qaydada hazırlanmasına dəstək olmaq;
İstehsalatda baş vermiş bədbəxt hadisələrin qanunvericliyin tələblərinə uyğun olaraq aparılmış təhqiqatı nəticəsinə uyğun olaraq müvafiq göstərişlərin yerinə yetirilməsinə iştirak etmək:
Tələblər:
Ali təhsil
Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
Azərbaycan Respublikasının qanunlarını, daxili əmək intizamı qaydalarını və əməyin təşkilinin əsaslarını bilməli;
MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, İngilis və Rus dili arzu olunandır;
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Əlavə məlumat:
Əmək haqqı; 1000+ AZN;
AR qanunvericiliyinə əsasən sənədləşmə;
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə CV-ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 "Camal" LTD şirkəti

 

İnsan resursları üzrə mütəxəssis
 Son tarix 15 apr 2023 [email protected]

İş barədə məlumat:
Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, ƏMAS portalına bildirişlərin daxil edilməsi;
Şəxsi işlərin qaydasında olmasını təmin etmək;
Əmək kitabçalarında qeydlər aparmaq;
Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək:
Namizədə tələblər: 
İnsan resursları sahəsində 2 ildən artıq iş təcrübəsi;
Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Əmək Münasibətləri və Məşğulluq altsistemi ilə (əmas, e-sosial) işləmə bacarığı;
MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında, 1С (8.3) proqramında sərbəst işləmə bacarığı;
Operativ və düzgün qərar vermək, problemləri həll etmə bacarığı;
Analitik düşünmə tərzi, təqdimat bacarığı:
Əmək haqqı: 600-800 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır
Elan: DİN işçilər axtarır
Bakıda iş var: Maaş 3000 AZN

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Kartdan karta at” deyən 120 sahibkar cərimələndi- Fotolar