Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8559
az

Samuxda evlənmək məqsədi ilə tarix müəlliməsini qaçırdılar

18:4004 Yanvar, 2019
859
KRİMİNAL
  • A
 Gəncə Ağır Cinayətlər Məhkəməsində adam qaçırmaqda təqsirli bilinən mütəşəkkil dəstənin məhkəməsi başlayır.
“Oxu24.com”un məlumatına görə, cinayət məcəlləsinin 144.2.3-cü (adam oğurluğu mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinən Muradov Mirəsgər Mirsaab oğlu, Muradov Kamil Mirsayad oğlu və Muradov Mirhüseyn Mirqafar oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 9-da hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Abbasova Bəyim Qurban qızı tanınıb. Belə ki, Samux rayonunun Qarayeri kənd sakini Mirəsgər Muradov evlənmək məqsədi ilə Bəyim Abbasovanı qaçırdıb. Bu işdə ona qohumları Kamil və Mirhüseyn kömək edib. Ancaq bu izdivaca razılıq verməyən Bəyim Abbasovanın valideyinləri Samux rayon Polis Şöbəsinə şikayət ediblər. Bundan sonra adları çəkilən hər üç şəxs təqsirləndirilən şəxs qismində həbs ediliblər. Qeyd edək ki, zərərçəkmiş Bəyim Abbasova Samux rayonunda tarix müəllimi işləyir. Saxlanılan Mirəsgər Muradov isə iş adamı kimi tanınır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Gecəki dəhşətli qəzanın görüntüləri- Video