Meksikada Popokatepetl vulkanında son 24 saat ərzində 7 püskürmə baş verib. Partlayışlar ətrafdakı bəzi yaşayış məntəqələrində külə səbəb olub.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) Popocatepetl vulkanının fəaliyyətləri ilə bağlı dərc etdiyi gündəlik hesabata görə, son 24 saatda 7 yeni püskürmə, 235 qaz və kül çıxışı qeydə alınıb.
Məlumatda bildirilib ki, vulkanın ağzından çıxan kül küləyin təsiri ilə şimal-şərqə doğru yayılıb, bölgənin bəzi yaşayış məntəqələrində xeyli miqdarda kül yağıntısı müşahidə olunub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR