Honduras hökuməti Tayvanla diplomatik əlaqələri kəsmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki, müvafiq bəyanatı Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində yayıb.
“Xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi respublika prezidentinin adından Tayvanı iki ölkə arasında diplomatik münasibətləri kəsmək qərarı barədə xəbərdar edib”, - deyə məlumatda bildirilir.
Honduras indi Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır.
Qeyd edək ki, martın 23-də Honduras xarici işlər nazirinin müavini Antonio Qarsiya hökumətinin daha əvvəl Tayvana 2 milyard dollar, xəstəxana və fabriklərin yaradılması üçün investisiyalar istədiyini, lakin Taypeyin müsbət cavab vermədiyini bildirmişdi.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR