Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85572
az

Türkiyə bu tarixdə İsveçin ərizəsinə baxacaq

20:3825 Mart, 2023
92
DÜNYA
  • A

“Türkiyə iyunun 1-də, Stokholmda antiterror qanunları qüvvəyə minəndən sonra İsveçin NATO-ya daxil olmaq istəyinə yenidən baxmağa hazırdır”.

Oxu24.com  xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Ankaranın nöqteyi-nəzərindən Finlandiyanın NATO-ya üzvlüyünə heç bir maneə yoxdur. Belə ki, Finlandiya həmişə konstruktiv olub.

“Finlandiya Türkiyənin tələbləri ilə bağlı daha şəffaf və konstruktiv mövqe tutub. Türkiyənin qiymətləndirməsi nəticəsində ölkə Finlandiyanın NATO-ya üzv olmaq ərizəsinin təsdiqini məqsədəuyğun hesab edib.

İsveç üçün qapılar tam bağlı deyil. İsveçdə antiterror qanunu iyunun 1-dən qüvvəyə minəcək. Onlar bunu başa vurduqda, təhlükəsizlik narahatlıqlarımızı həll etmək üçün addımlar atıldığını görəndə prosesi qiymətləndirəcəyik. Biz prinsipcə NATO-nun genişlənməsinin əleyhinə deyilik”.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Bayden işimi çətinləşdirir”- Tramp
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Husilər ABŞ gəmisinə zərbələr endirdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda maşın piyadanı   vurub  öldürdü