Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85533
az

Güney azərbaycanlılar Brüsseldə aksiya keçirir, əsas tələb İranda azadlıq və ədalətdir

18:1025 Mart, 2023
122
REDAKTORUN SEÇİMİ
  • A

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və ədalət yürüşü” adlı mitinq keçirilir.

Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından "Report"a bildirilib ki, aksiyanın əsas şüarı “Azadlıq, ədalət və milli hökumət”dir.

Qeyd olunub ki, hazırda Güney Azərbaycanda da əsas şüar məhz budur: "Bizim bütün tələblərimizi bu şüar əhatə edir. Azadlıq, ədalət və təbii ki, milli hökumət, milli hakimiyyətimizin yenidən təsis olunması millətimizin əsas istəyidir ki, Brüsseldə keçiriləcək mitinqdə elə bu tələblə çıxış edəcəyik. Mitinqə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda, Türk ölkələrində, Avropada yaşayan minlərlə soydaşımız qatılıb".

Təşkilatdan bildirilib ki, bu mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdir. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyır. İran açıq şəkildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi qurub. Bunların hamısı bizim etirazlarımıza səbəb olub. Güney Azərbaycan türkləri olaraq bunları qəbul edə bilmərik.

"Aylardır İrandakı iğtişaşlar, o cümlədən Cənubi Azərbaycan və qaşqay türklərinin etirazları İran dövləti tərəfindən çox qanlı şəkildə yatırılır. Yüzlərlə vətəndaşımız həyatını itirib, yüzlərlə, bəlkə minlərlə yaralı və həbs olunan var. Təbii ki, vətəndaşlarımızın da etiraz səslərini dünyaya, o cümlədən Avropa ictimaiyyətinə çatdırmaq bu mitinqin hədəfləri sırasındadır. Bunların hamısı mitinqin bəyanatına və tələblərinə də daxil edilib", - Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda maşın piyadanı   vurub  öldürdü