Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976-1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib.
"Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999-2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001-2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007-2008) vəzifəsində çalışıb.
O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.
Allah rəhmət eləsin!
Oxu24.com
ŞƏRHLƏR