Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85512
az

Fransalı məşhurlar da etirazlara qoşuldular

13:0725 Mart, 2023
141
DÜNYA
  • A

Fransanın məşhur aktrisası pensiya islahatlarına qarşı etirazlara qoşulub
Məşhur fransalı aktrisa və "Oskar" mükafatı laureatı Jülyet Binoş Fransada pensiya islahatlarına qarşı keçirilən etirazlara qoşulub.

OXU24.COM  report-a istinadən xəbər verir ki, "İngilis pasiyent" filminin ulduzu 300 digər kinematoqraf, o cümlədən "Oskar" mükafatlı fransız rejissor Mişel Xazanaviçius ("Artist" filmi) ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktub imzalayıb.

"Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə daha ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edildi", - məktubda deyilir.

Qeyd edək ki, davam edən etirazlara, tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nüvə müharibəsi olacaq, Londonun mərkəzi yoxa çıxacaq: İngiltərədə şok xəritə yayıldı
Bu ölkədə əcnəbilərə mənzil almaq qadağan edilir
Qərbdən şok etiraf: Ukraynanı yüz illər boyu “köləlik” gözləyir