Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
855
az

Bürclər- 20 aprel

23:5419 Aprel, 2018
1885
QOROSKOP
  • A
  QOC Münaqişələr və fikir ayrılıqlarından qaçmaq asan olmayacaq. Bəzən sizə elə gəlir ki, ətrafdakılar sizi qəsdən təhrik edirlər və sizi özünüzdən çıxarırlar. Öz ünvanınıza daha tez-tez xoşagəlməz iradlar və lazımsız məsləhətlər eşidirsiniz. Yumor hissi kömək edir. Çox vaxt onlar qıcıqlanmağa və qəzəbə uymamağa və sonra peşman ola biləcəyiniz əməllərdən çəkinməyə kömək edir.
İş həmişəkindən çox olacaq və onların birini belə sonraya saxlamaq mümkün olmayacaq. Sizin köməyiniz yaxınlarınızdan bir insana lazım olacaq və əlbəttə ki, imtina etmək mümkün olmayacaq.
Buğa
Sizi uğurlu gün gözləyir. Onun birinci yarısında müəyyən problemlər yarana bilər, amma siz onlara görə narahat olmayacaqsınız. Öz təcrübəniz və etibarlı dostların yaxşı məsləhətləri sayəsində siz vəziyyətdən çıxış yolu tapacaqsınız, rəqiblərə necə qalib gəlmək və bədxahları aşkar etmək lazım olduğunu fikirləşib tapacaqsınız. Bəzi bürc nümayəndələrində karyerada yüksəlmək şansı olacaq və onlar onu buraxmayacaq.
Gözlənilməz tanışlıqlar mümkündür. Romantik və ya dost münasibətlərinin başlanacağı istisna deyil. Onlar ahəngdar olacaq və yaxşı şeylər gətirəcək.
Əkizlər
Siz bu günü çox da yaxşı əhvalla başlamayacaqsınız. Onun birinci yarısı asan olmayacaq: başqalarının səhvlərini düzəltmək, öhdəsindən gəlmək asan olmayan işlərlə təkbaşına məşğul olmaq lazım olacaq. Yeni tapşırıqlar ortaya çıxır. Onları həll etmək üçün çox şey öyrənmək lazımdır, siz isə hər zaman lazımi informasiyanı tapa bilmirsiniz. Amma tədricən vəziyyət yaxşılığa doğru dəyişir, siz uğur qazanmaq üçün nə etmək lazım olduğunu anlayırsınız.
Dəstəyini gözləmədiyiniz insanlar qəfil sizin tərəfinizə keçə bilər. Əvvəllər sizi qiymətləndirməyənlər öz münasibətini dəyişəcək, sizin çox şeyə qadir olduğunuzu etiraf edəcək. Bəzi Əkizlərdə nüfuzlu müttəfiqlər yaranacaq.
Xərçəng
Çətinliklərdən qorxmayın, onlar aradan qaldırıla bilər. İş bu gün həmişəkindən daha çox diqqət tələb edə bilər, iş qəfil daha çox olacaq. Problemlərin adi həll metodları effektiv olmayacaq, amma siz yeni üsul tapacaqsınız və o lazımi nəticələrə nail olmağa imkan verəcək. Uğurlu işgüzar danışıqlar mümkündür, uzun müddətli əməkdaşlıq barədə saziş bağlamaq şansı olacaq. Pul daxilolmaları mümkündür.
Yaxınlarla ümumi dil tapmaq asan olmayacaq. Köhnə təqsirinizi və fikir ayrılıqlarınızı sizə xatırladacaqları istisna deyil. Amma siz münaqişədən qaçmağa və münasibətləri yoluna qoymağa nail olacaqsınız.
Şir
Bu gün öz işlərinizdən çox başqalarının işlərinə daha çox vaxt ayırmalı olacaqsınız, amma bu elə də pis deyil. Çox şey öyrənmək, sonra vacib layihələrinizin həyata keçirilməsində kömək edəcək insanlarla tanış olmaq imkanı olacaq. Sizin ideyalarınız yaxşıdır; təəccüblü deyil ki, onları dəstəkləmək istəyənlər ortaya çıxacaq. Amma hələlik fikirləşdiyinizi reallaşdırmağa başlamaq mümkün olmayacaq. Səbrli olun.
Sosial tədbirlərin ziyarəti faydalı olacaq. Onlarda siz yaxşı vaxt keçirəcəksiniz, köhnə tanışlarla ünsiyyətdə ola biləcəksiniz. Bəzi Şirlər diqqət mərkəzində olacaqlar və buna çox şad olacaqlar.
Qız
Vacib işlərə başlamaq üçün uyğun gündür. Siz asanlıqla köməkçilər və nüfuzlu müttəfiqlər tapacaqsınız. İşdə mövqelərinizi öz mövqeyinizi möhkəmləndirmək, bədxahların müqavimətini qırmaq imkanı olacaq. Siz çox diqqətlisiniz və yəqin ki, kimin əslində sizə yaxşı münasibət bəslədiyini, kimin isə ancaq yalandan özünü dost kimi göstərdiyini hiss edəcəksiniz. Xeyirli sazişlər bağlamaq mümkün olacaq.
Dəqiqlik, konsentrasiya, detallara diqqət tələb edən işlə məşğul olmaq yaxşıdır. Bu məsələdə siz səhvlər etmirsiniz, heç nəyi gözdən qaçırmırsınız. Vacib sənədləri tez rəsmiləşdirmək imkanı olacağı istisna deyil.
Tərəzi
Müvazinəti saxlamaq çətin olacaq. Çox şey gözləyirdiniz kimi getmir, daim planları dəyişdirmək ehtiyacı qıcıqlandırır. Həm də sizdə rəğbət hissi oyatmayan insanlarla iş görməyə məcbur olursunuz. Onlara yanaşma tapmaq asan deyil, daha çətin olanı - neqativ emosiyalarınıza hakim olmaq və mehribanlıq mənzərəsi yaratmaqdır. Amma siz bunun öhdəsindən gələcəksiniz, çünki bunu yaxşı anlayırsınız: qoyulmuş məqsədlərin xatirinə çalışmaq lazımdır.
Axşam yaxınlaşdıqca ətrafdakılarla ümumi dil tapmaq daha asan olur. Buna görə də söhbətləri günün ikinci yarısına planlaşdırmaq lazımdır. Bu həm işgüzar, həm də şəxsi məsələlərin müzakirəsinə aiddir.
Əqrəb
Günün birinci yarısında uğur qazanmaq asan olmayacaq. Bu vaxt şərait sizin xeyrinizə olmur, hətta ən asan məsələlərin həlli üçün çoxlu güc sərf etməyə məcbur olursunuz. Amma tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, daha böyük uğurlar qazanmaq şansı yaranacaq. Siz təcrübələr aparmaqdan qorxmursunuz və lazım olduğunu hiss edəndə riskə gedirsiniz. İntuisiya pis vəziyyətdə qoymur, siz lazımi nəticələr əldə edirsiniz.
Sərfəli sazişlər bağlamaq, maliyyə vəziyyətini yaxşılaşdırmaq imkanı olacaq. Bu gün ev üçün müəyyən faydalı əşyalar, ailə üzvləri üçün hədiyyələr almaq yaxşıdır.
Oxatan
Bu gün sizə insanlarla yola getmək, onlara yanaşma tapmaq çox lazım olacaq. Köhnə və yeni müttəfiqlərin sayəsində siz yaranmış problemləri tez həll edəcəksiniz. Müəyyən maraqlı tədbirləri ziyarət etmək, faydalı çox şey öyrənmək və tanışlıqlara başlamaq imkanı olacaq. Gələcəyə olan planlarda müəyyənlik yaranacaq və siz özünüzü daha əmin hiss edəcəksiniz.
Evdə qayğı az olmayacaq. Müəyyən məişət texnikası sıradan çıxa bilər, planlaşdırılmamış xərclər istisna deyil.. Köçməklə və tikinti ilə əlaqədar məsələləri həll etmək məsləhət deyil.
Oğlaq
İşlərinizdə fikrini toplamaq asan deyil. Ətrafdakılar sizə daha tez-tez xahişlə müraciət edir, söhbət və suallarla sizin fikrinizi yayındırır. Bəzən siz özünüzdən asılı olmayaraq başqa insanların təsiri altında qərarlar qəbul edirsiniz. Günün birinci yarısında sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmaq, məmurlarla iş görmək, dövlət orqanlarını ziyarət etmək məsləhət deyil. Günün ikinci yarısı daha uğurlu olacaq.
Kiçik səfərlər yaxşı alınır, şəraitin dəyişməsi xeyirli olur. Evdən uzaqda bir çox Oğlaqlar ilham mənbəyi tapacaqlar və ya maraqlı tanışlıqlara başlayacaqlar.
Dolça
Çox şey öyrənmək imkanı olacaq. Siz detallara diqqətlisiniz, nəyin vacib olub-olmamasını tez anlayırsınız. Ətrafdakılar həvəslə maraqlı informasiyanı sizinlə bölüşürlər. Onlardan düzgün istifadə olunsa şayələrdən də xeyir götürmək olar. Gün yeni işlərin başlanğıcı üçün uyğundur. Onlara təkbaşına və ya yeni partnyorlarla birlikdə başlamaq olar - hər iki halda siz uğur qazanacaqsınız.
Yaxınlarla ünsiyyət üçün əlverişi gündür. Müştərək fəaliyyət, gələcəyə olan planlar barədə razılığa gəlmək olar. Ailə səfərləri yaxşı keçir.
Balıqlar
Sakitliyi saxlamaq çox vacibdir, xüsusilə ətrafdakılar sizi məcranızdan çıxarmağa çalışırlar. İş və şəxsi münasibətlərlə bağlı vacib qərarlar qəbul etməli olacağınız istisna deyil. Bunu tələsmədən etmək lazımdır. Sizin vəziyyəti dərindən öyrənmək, hər şeyi götür-qoy etmək üçün kifayət qədər vaxtınız var.  Yeni işlərə çətin olsa belə başlamaq olar.
Qeyri-rəsmi şəraitdə ünsiyyət, dostlarla və sadəcə köhnə tanışlarla görüş üçün əlverişi gündür. Romantik görüşlər də məyus etməyəcək. Siz sevimli insanı təəccübləndirmək yolunu tapacaqsınız.


 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dörd BÜRC üçün"qara zolaq" yaranmağa başlayır: onlar     kimlərdir?
Emosional olaraq qəfil dəyişikliklərə açıq olmalısınız- Bürclər nə deyir?
Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır