Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85488
az

Belarusda dövlətə xəyanət edən məmurlar edam olunacaq

08:0525 Mart, 2023
116
DÜNYA
  • A
Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan qanun qüvvəyə minib. Oxu24.com TASS-a istinadən xəbər verir ki, ekstremist, terrorçuluq və dövlət əleyhinə cinayətlərə qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş “Cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Nazirlər Şurası tərəfindən 2022-ci il oktyabrın sonunda parlamentin Nümayəndələr Palatasına (aşağı palata) təqdim edilib. Layihə ötən il dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda ikinci oxunuşda qəbul edilib. Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə Prezident Aleksandr Lukaşenko imzalayıb. Martın 14-də Milli Hüquq İnternet Portalında rəsmi dərc edildikdən 10 gün sonra qanun qüvvəyə minib. Qanun vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur. Bununla bağlı Cinayət Məcəlləsinin 58 və 59-cu maddələri - “Ömürlük azadlıqdan məhrum etmə” və “Ölüm cəzası” uyğunlaşdırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı