Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8548
az

Ətin qiymətinin qaldırılması ilə bağlı nazirlikdən reaksiya

14:5004 Yanvar, 2019
636
İQTİSADİYYAT
  • A
 Hazırda ölkə ərazisində, xüsusilə paytaxt Bakıda quzu ətinin 14 manatadək bahalaşması müşahidə olunur. Hər il olduğu kimi, bu il də bahalaşmanın bayram ərəfəsində qeydə alınması, ekspertlər tərəfindən işbazların fürsətdən istifadəsi kimi qiymətləndirilir. Digər iddialara görə, bölgələrdə mal-qara arasında bəzi xəstəliklər səbəbindən heyvanlar tələf olur…

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov Modern.az-a açıqlama verib.

V.Hüseynov bildirib ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:

“Sərbəst bazardır, qiymətlər tələb və təklifə uyğun formalaşır. Bayramla əlaqədar tələbat artdığına görə ola bilər ki, kimlərsə qiymətləri süni şəkildə qaldırıb. Amma ölkə üzrə – istər rayonlarda, istərsə Bakıda bizim apardığımız monitorinqlər göstərir ki, bahalaşma bəzi yerlərdədir. Kimlərsə bayramda tələbatın artmağından istifadə edərək, qiymətləri bahalşadırıb. Məsələn, öz müşahidəmə əsasən deyim ki, dekabrın 31-də Gəncədə quzu ətinin kiloqramı 10 manat 50 qəpik, Şəkidə hətta 9 manata idi. Amma Bakıda quzu əti 2-3 nöqtədə fərdi sahibkarlar tərəfindən 14 manata satılırdı. Bu isə ölkə üzrə ətin bahalaşması demək deyil. Məsələn, 20-ci sahə ərazisində ilboyu quzu ətinin kiloqramı 14 manatadır”.

Nazirlik rəsmisi heyvanların baş sayının azalması iddialarına da aydınlıq gətirib:

“Ümumiyyətlə, sahibkarlar qış aylarında hava şəraiti ilə əlaqədar heyvanları bazara çıxarmırlar. Həm də heyvanların balavermə dövrüdür deyə, onları daha çox qoruyurlar. Bu səbəbdən də fərdi təsərrüfat sahibləri indiki vaxtda heyvanları satmağa maraq göstərmir. Ümumilikdə ölkəmizdə ətlə təminetmə səviyyəsi 100 faiz olmasa da, yüksəkdir. Heyvandarlığın inkişafına dair dövlət proqramı hazırlanır. Bu proqram tətbiq olunanda ölkədə özünü ətlə təminetmə səviyyəsi 100 faizə çatdırılacaq. Bu, əsas hədəflərdən biridir”.

V.Hüseynov heyvanların baş sayının azalmasına xəstəliklərin təsiri məsələsinə münasibət bildirib:

“Heyvan xəstəliklərilə bağlı illik tədbirlər planımız var. Baytarlıq Xidməti tərəfindən proqrama uyğun olaraq, mütəmadi işlər aparılır. Məsələn, fərdi təsərrüfatçı bilməlidir ki, oktyabr ayında müəyyən xəstəliklərə qarşı yoxlama aparılmalıdır. Əgər xəstəlik aşkarlanıbsa, vaksin vurulmalıdır. Biz bununla bağlı maarifləndirmə işləri aprırıq. Fərdi təsərrüfatlara xəstəliklərlə bağlı yoxlamaların vaxtı barədə məlumat veririk. Vaksinlərin bir hissəsi dövlət hesabına vurulur, digər hissə var ki, təsərrüfat sahibləri özləri müraciət edir. Bizdə nəzarət funksiyası yoxdur, biz xidmət göstəririk. Amma ümumilikdə nə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə, nə də Baytarlıq Xidmətinə haradasa kütləvi xəstəlik yayılması və tələfat olması barədə müraciət daxil olub. Tam əminliklə deyə bilərik ki, epizodik vəziyyət sabitdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı