İki müttəfiq hərbi təlimə başlayıb.
Oxu24.com xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ və Avropa İttifaqı (Aİ) ilk dəfə birgə dəniz təlimləri keçirib.
“Hind-Sakit okean regionu üzrə yüksək səviyyəli Aİ-ABŞ məsləhətləşmələrinin son raundunun qərarına uyğun olaraq, martın 23 və 24-də Avropa İttifaqı və ABŞ birgə dəniz təlimləri keçirib”, - məlumatda deyilir.
Birgə hərbi dəniz təlimi Aİ və ABŞ-ın açıq dənizdə naviqasiya azadlığı və patrul fəaliyyətinin bir hissəsi idi.
Təlimdə ABŞ-dan “USS Paul Hamilton” gəmisi, həmçinin Aİ donanmasının “Atalanta” əməliyyatında iştirak edən İspaniyanın “REINA Sofia” gəmisi və İtaliyanın “CARLO BERGAMIN” gəmisi iştirak edib.
Təlim inteqrasiyanın təkmilləşdirilməsinə yönəlmiş birgə fəaliyyətləri, prosedurları əhatə edir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR