Aprelin 4-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Belarus millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindən kənarlaşdırılması məsələsini müzakirə edəcək.
Oxu24.com xəbər verir ki,bu barədə təşkilatın prezidenti Aleksander Çeferinin Almaniyanın “Sportschau” jurnalının sərəncamında olan Avropa Parlamentinin deputatlarına göndərdiyi məktubda deyilir.
Məktubda deyilir: “UEFA uzun müddətdir ki, Belarusdakı vəziyyəti İcraiyyə Komitəsinin qarşıdan gələn iclasında müzakirə etmək niyyətindədir. Təşkilat məktubunuzda qeyd etdiyiniz narahatedici hadisələri diqqətlə izləyir”.
Martın 15-də Ceferinə ünvanlanmış müvafiq məktubu alan “Politico” qəzeti yazıb ki, 100-dən çox deputat UEFA-dan Belarus millisini Avropa çempionatının seçmə turnirində iştirakdan kənarlaşdırmasını tələb edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR