Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

XƏBƏR LENTİ

03 Sentyabr 2024
Romada leysan yağış və fırtına fəsadlar törətdi
Almaniya ölkənin avtomobil sənayesində rəqabət qabiliyyətinin olmadığını etiraf edir
Ukraynada İSTEFA DALĞASI -Zelenskiyə yaxın olan ikinci şəxs də GETDİ
Azərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə edildi
Monqolustan prezidenti Putinin səfərinin əhəmiyyətindən danışıb
Latviya prezidenti Rusiya ərazisinə zərbələr endirməyə çağırıb
Professor Ukrayna ilə ABŞ arasında münasibətlərdə inamsızlığı qeyd edib
Baydenə böyük izdihamla yaxınlaşmaq qadağan edildi
Uqanda müxalifət liderinə hücum olub
Misirli Ukraynaya döyüşməyə gedir
Misir prezidenti Sisi sabah Ankaraya gələcək
Zaxarova Rusiyaya sadələşdirilmiş giriş üçün ölkələrin siyahısının yaradıldığını elan etdi
Monqolustan Putini həbs etməkdən imtina etməsini izah edir
BÜTÜN XƏBƏRLƏR
85440
az

Güclü geomaqnit qasırğası müşahidə olunur

17:5624 Mart, 2023
182
REDAKTORUN SEÇİMİ
  • A

Güclü geomaqnit qasırğası müşahidə olunur.

Bu barədə  Oxu24.com-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

Bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanıldı