Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85438
az

Yuxu ömür uzunluğuna necə təsir edir?

17:4924 Mart, 2023
149
CƏMİYYƏT
  • A

Davamlı olaraq yaxşı yuxu alan kişilər almayanlardan təxminən beş il, qadınlar isə iki il daha çox yaşayırlar.

OXU24.COM  xarici mediaya istinadla xəbər verir ki, Harvard Tibb Məktəbinin alimlər komadası 2013-2018-ci illər arasında Milli sağlamlıq sorğusunda iştirak edən 172 321 nəfərin (orta yaş 50) məlumatlarını öyrənib. Ekspertlər öz işləri zamanı yuxu müddəti ilə xəstələrin gözlənilən ömür uzunluğu arasında əlaqə tapıblar.

Oxşar milli sorğuları ABŞ əhalisinin sağlamlıq vəziyyətini qiymətləndirməyə kömək etmək üçün Xəstəliklərə nəzarət və qarşısının alınması (CDC) və Milli sağlamlıq statistikası mərkəzləri hər il keçirir. Digər məsələlərlə yanaşı, sorğuda yuxu və onların vərdişləri ilə bağlı suallar olur.

İştirakçılar orta hesabla 4,3 il izlənilib, bu müddət ərzində 8681 nəfər ölüb. Bu ölümlərin 2610-u (30 faizi) ürək-damar xəstəliklərindən, 2052-si (24 faizi) xərçəngdən, 4019-u (46 faizi) isə digər səbəblərdən olub.

Tədqiqatçılar keyfiyyətli yuxu üçün beş fərqli amili qiymətləndiriblər, o cümlədən 7-8 saat yuxu, yuxuya getməkdə çətinlik çəkməmək və oyanarkən ayıqlıq. Hər bir amil ən yüksək yuxu keyfiyyətini göstərən maksimum beş bal olmaqla, hər biri üçün sıfır və ya bir xal təyin edilib.

Alimlər müəyyən ediblər ki, yaxşı və kifayət qədər yatan insanların hər hansı səbəbdən ölmə ehtimalı 30, ürək-damar xəstəliklərindən isə 21 faiz daha azdır.

Yuxu keyfiyyətinə görə yüksək bal toplayanlar arasında, pis yatanlarla müqayisədə gözlənilən ömür kişilər üçün 4,7 il, qadınlar üçün isə 2,4 il daha uzun olub. Beləliklə, alimlər ömrü uzatmaq və bir sıra xəstəliklərdən qorunmaq üçün sağlam və kifayət qədər yuxunun vacibliyini bir daha sübut ediblər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda maşın piyadanı   vurub  öldürdü