Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8540
az

Ateist insanlar öldükdən sonra İslam qaydalarına uyğun dəfn edilirmi? - DİNİ CAVAB

10:3904 Yanvar, 2019
960
MARAQLI
  • A
Valideynlerin ateist olduğu  bir  evdə  qalmaq olarmı? Onların dəfni zamanı  islam  qaydalarına  əməl olunsa günah olarmı?

Cavab:
Əgər insanın haqq yoldan azmasına rəvac verəcək bir hal və ya dini üçün digər bu kimi təhlükələr olmayacaqsa, qeyri müsəlman valideynlərlə birlikdə yaşamağa bir qadağa yoxdur. Əksinə, onların hidayət olunması üçün Allaha dua etməli və haqq yolda olmaları üçün onları gözəl şəkildə dəvət etmək üçün çalışmalıdır. Bununla yanaşı Uca Allah bizə hər bir halda valideynlərlə dünya işlərində gözəl davranmağı və haramları əmr etmədikcə onlara itaət etməyi əmr etmişdir:

"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 14-15).

"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24). Ancaq günah işlər əmr edərlərsə, hətta valideyn olsa belə haramlarda heç bir bəndəyə itaət etmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095).

Həmçinin demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 6830, 7257; Muslim, 1840). Daha ətraflı: İslama dəvət necə olmalıdır?



Həmçinin qeyri müsəlmanın islam qaydalarına uyğun olaraq yuyulması, kəfənlənməsi, müsəlmanların qəbirstanlığında basdırılması, Allahdan onun üçün bağışlanma dilənilməsi, onun üçün cənazə namazı qılınması və s. icazəli deyildir və bu, günahdır. Uca Allah münafiqlər və kafirlər barəsində belə buyurur: "Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər". (ət-Tövbə, 80-84).

Həmçinin buyurur: "Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı...". (ət-Tövbə, 113-114).

Ancaq meyit kafir olsa belə, onu dəfn etmək vacibdir. Müsəlmanı kafirlə, kafiri də müsəlmanla dəfn etmək olmaz. Hər biri öz qəbrində dəfn olunmalıdır. Əli (Allah ondan razı olsun) atası Əbu Talib öləndə Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi ki, sənin azğınlıq içərisində olan əmin artıq ölmüşdür. Peyğəmbər də ona belə dedi: "Get bir qəbir qaz, onu basdır və sonra da heç nə etmədən yanıma qayıt gəl!" Əli ibn (Allah ondan razı olsun) də atasını Allah Rəsulunun dediyi qaydada dəfn etdikdən sonra Peyğəmbərin yanına qayıdır. Allah Rəsulu da onun üçün dua edərək qüsl almasını əmr edir". (Sunən Əbu Davud; Səhih Sunən ən-Nəsai, 1895. ən-Nəsai, 4/79).

Əslində, qeyri müsəlman üçün Allahdan bağşlanma diləməyin, onun üçün cənazə namazı qılmağın ona bir faydası yoxdur. Uca Allah buyurur: "Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz". (ət-Tövbə, 80). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı