Ukraynanın Xarkov şəhərində iki tələbə türk qızı yaşadıqları evdə ölü tapılıblar.
3 gündür onlardan xəbər ala bilməyən bir rəfiqələrinin səhər saatlarında polisə gedərək vəziyyəti bildirməsindən sonra polis tələbələrin yaşadığı evə gedib. Kirayə qaldıqları mənzildə qızların cansız bədənləri ilə qarşılaşan səlahiyyətlilər "isti izlər"lə apardıqları araşdırma zamanı qızların öldürüldüyünü müəyyən ediblər.
Tələbələrin Xarkov Universitetində oxuduqları məlum olub.
ÖLDÜRÜLƏN QIZLARDAN BİRİ KEÇMİŞ SEVGİLİSİ TƏRƏFİNDƏN TƏHDİD EDİLİRMİŞ
Ukrayna mətbuatında yer alan xəbərlərə görə, həyatını itirən tələbələrdən biri olaydan qısa zaman öncə ailəsinə türk vətəndaşı olan keçmiş sevgilisinin onu təhdid etdiyini deyib.
Cəsədlərin tapıldığı mənzilin sahibi və qətlə yetirilən gənc qızlardan birinin keçmiş sevgilisi olduğu bildirilən türk vətəndaşının da polis tərəfindən sorğuya alındığı bildirilib.
milli.az Oxu24.com
ŞƏRHLƏR