Qaynar xətt:

(+99450) 247 90 86

Sabahki günlə bağlı XƏBƏRDARLIQ

REDAKTORUN SEÇİMİ

218

23.03.2023, 22:09

Sabahın hava proqnozu açıqlandı

Martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.