Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85156
az

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

10:1221 Mart, 2023
284
İDMAN
  • A
Türkiyənin “Konyaspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə ödəyəcək. Oxu24.com xəbər verir ki, buna səbəb həmin oyunçuların Super Liqanın XXVI turunda “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə almaları olub. Eyni zamanda, texniki zonada oturan bir köməkçi məşqçi də etiraza görə, qırmızı vərəqə alıb. Qaydalara əsasən, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. “Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal ucbatından da cəzalandırılacaq. “Qalatasaray” önündə 79 dəqiqə meydanda olan Emreli 15-ci dəqiqədə sarı vərəqə alıb. Qeyd edək ki, Mahir Emreli “Qalatasaray”la matçda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarını buraxacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahir Emreli Kloze ilə maraqlı dialoqdan danışdı- “Utanırdım”
Juninyo Braziliyada belə qarşılandı- Video
"Bavariya"nın futbolçusu İtaliya      klubuna           keçdi

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Nazirlikdən plastik cərrahlara növbəti- Xəbərdarlıq
İbrahim Kərbalıyevin oğlu özünü 17-ci mərtəbədən atdı- Foto