Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8503
az

Rus generala Gəncə qalasının açarını verməkdən imtina edən Cavad xanın şəhid olduğu gün - Sirli məktubda nə yazılmışdı?

12:1203 Yanvar, 2019
1713
MÜSAHİBƏ
  • A
3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi kimi tarixə düşüb.


Çar Rusiyasının generalı, knyaz P.D.Sisianovun növbəti işğal hədəfi Gəncə seçildi. O, 1803-cü ilin aprelində I Aleksandra göndərdiyi məktubunda bildirir... “Samux bəylərini itaətə gətirdikdən sonra Kür çayını keçməkdən ötrü keçid düzəldəcək, özüm ən əvvəl Gəncəni fəth etmək üçün gedəcəyəm.” ... sözlərini yazaraq general Sisianov qeyd edir. Gəncənin işğalı üçün rus qoşunu ciddi hazırlıq görürdü. Sisianov 2 yeni alayı gözləyir. 1803-cü il. Noyabr ayının 20-də Tiflisin yaxınlığındakı Soğanlıq kəndində 6 batalyon və 12 topdan ibarət rus qoşunu toplanmışdı. Yürüş noyabrın 22-nə nəzərdə tutuldu. Lakin noyabrın 29-da rus qoşunları Şəmkirə daxil oldular. Sisianov Cavad xana hədə-qorxu ilə dolu məktub göndərib qalanı təslim etməyi ondan tələb edirdi. Sisianov məktublarında yazır...“Gəncə ərazisinə daxil olaraq sizə gəlişimin səbəbini elan edirəm. 1) Gəncə, ətrafı ilə birlikdə Gürcüstana məxsus olmuş və gürcü çarlarının zəifliyi ucbatından ondan qoparıldı. Gürcüstanı öz himayəsinə qəbul edən Rusiya imperiyası Gəncənin yad əllərdə qalmasına laqeyd qala bilməz. 2) Unudursuz ki, altı il əvvəl siz Rusiyanın tabeliyindəydiniz. 3) Adamlarınızın qarət etdikləri, Tiflis tacirləri hələ də razısalınmayıblar. Bu səbəblərə görə mən qoşunla şəhəri almağa gəldim. Qan axıtmazdan əvvəl, sizə şəhəri təslim etməyi təklif edirəm.”...qeyd edir.

Gəncə xanı Cavad xan da öz növbəsində məktublara cavab olaraq Gəncənin Gürcüstana məxsus olmasını nəinki inkar edir, hətta bildirir ki, Gürcüstanın özü hələ vaxtilə Gəncə bəyləri tərəfindən idarə olunub.

-“Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstandan asılı olub. Bu nağıla heç kim inanmaz. Ancaq əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə ediblər... Bir də yazırsan ki, 6 il əvvəl mən Gəncə qalasını rus padşahına verdim. Bu doğrudur. Onda sizin padşah mənə fərman göndərdi və mən onun təklifini qəbul etdim. Əgər indi belə fərman varsa mənə göstər... götür-qoy edim. Bir də yazırsan ki, guya mən əvvəllər Gürcüstanın tabeliyində idim. Sənin padşahının fərmanı indi də əlimdədir. Bax gör, orada mən Gəncə bəylərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur ki, sözlərin tam yalandır...”

Məktubun sonunda Cavad xan bu sözlərini qeyd etdi... “Mənimlə müharibə etmək fikrinə düşmüsənsə, mən hazır, uğur isə Allahın əlindədir.”

1804-cü il. Yanvar 3-ü Sisianov çağırdığı hərbi şuranın qərarı ilə Gəncə üzərinə hücuma keçdi.

Tarixçi Mirzə Adıgözəl bəy yazır... “Rus orduları Gəncə torpağına girib, ətrafı tutdular. Cavad xan adamlarını və qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində Quru qobu adlanan yerdə iki ordu üz-üzə gəldi və hərbi atəş alovlandı.”

Qanlı döyüşlərdən sonra qala rus qoşunları tərəfindən tutuldu. Böyük rəşadətlə qeyri-bərabər döyüşən Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Cavad xandan nümunə götürən qala müdafiəçiləri axıra qədər vuruşdular. Döyüş meydanını tərk etmədilər.

Gəncənin işğal edilməsində iştirak etmiş general Koryaginin gündəliyində qeyd edib: “... Əgər P.Dimitriyeviçin yanında yavəri olmasaydı o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdir... Bu hadisədən sonra Sisianov dərhal çölə çıxmış, lakin rəngi qaçmışdır. Mən tatar (azərbaycanlı) xanın arvadının əynində çərkəzi paltar, belində xəncər və əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhimli əri o qılıncla mənə zərbələr endirmişdir, xan qılıncı atraksionlar kimi oynadırdı, daha doğrusu elə bil rəqs edirdi. Mən onun “oyununa” dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım. Özüm “oyundan” çıxdım...

... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan ayağa qara paltar içində idi. Bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan otağa getdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu pul kisəsi idi. Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz onun gözlərinin içinə baxıb tatarca nəsə dedi. Birdən dəhşət baş verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl onluqlar P. Dimitriyeviçin alnına, gözünə, burnuna və ağzına dəyib ayaqlarının altına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl pullara acgözlüklə baxanda xanım mənalı tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan Qafqazlı adətinə bələd olduğu üçün Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu. Qapıdan çıxanda nəisə fikirləşib geri qayıtdı, astanada dayanıb həmin pulları cibindən çıxartdı. Hələ də ayaq üstə dayanan xan arvadının ayaqları altına 600 çervonu səpdi. Qadın pullara baxmadı və onları ayaqladı.”

“Gəncənin səsi” qəzeti, 23 fevral 1990-cı il.

Mirzə Adıgözəl bəy Gəncə xanlarının mənsubiyyəti haqqında belə yazır... “ ... Gəncə xanları əslən Qacar nəslindən olub, onlara Ziyadoğlu adı da verirdilər. Onlar yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar da olublar, bu isə bütün aləmə aydın və aşkardır... bəzən vaxt Gəncə xanlarının hökmranlıq bayrağı Darüssürur (Tiflis) sahəsində də əmin-amanlıq kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı... Ziyad oğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə Nadir şah onlara özgə bir cəza və başqa bir siyasətə rəva görmədi.” Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, səh.30

Qafqazın baş komandanı Markiz Pauliççinin Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli məktubundan:

“Gürcüstanı və ona birləşən vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpolda (Gəncə) mərhum Cavad xanın qohum-əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət etdiyi adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək, əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq vedim ki, İrana köçsünlər.”

Bəzən deyilir ki, general Sisianovun Gəncə xanlığına məqsədli yürüşü Cavad xanın məğlubiyyətinə səbəb oldu. Lakin bu əslində belə deyildir!!!

Cavad xan və oğlu Hüseynqulu ağa Vətən üçün, torpaq uğrunda şücaət göstərərək, şəhadət şərbətini şərəflə içmişlər. Bu da öz növbəsində Azərbaycan sərkərdəsinə və Türk oğluna xas olan bir nümunədir.

Tarixdə göründüyü kimi Gəncə xanı Cavad xan və onun oğlu Hüseynqulu ağa bu döyüşdə məğlub olurlar. Bu açıq aşkar bəllidir. Lakin Sisianovun Cənubi Qafqaza Azərbaycan torpaqlarına işğalçı yürüşü həyatı bahasına, məhz Bakıda sona yetir.

Hüsynqulu xanın Bakının açarlarını təslim etmədən A.A. Bakıxanov “Gülüstani-İrəm” (1841) yazır: “Bu zaman sülh və müsalimət qanunu xilafina olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırıqı ilə Sisianov... öldürülür.”

“Tiflis 1869-cu il Qafqaz Arxeoqrafiya Komisiyasının Aktları”nın III cildindəki (səh. 349; sənəd 645;) materiala əsasən - “13 noyabr 1806-cı il Beşbarmaq ərazisindən rus generalı Bulqakovadan cənab Qudoviçə hesabat!”

“Bakılı Qasım bəydən aldığım məlumata görə general Sisianovun və podpolkovnik Eristovun qətlində təqsirləndirilən Bakılı Əmir Həmzə Hacı Abid bəy və onunla birgə qətildə iştirak edən daha 2 nəfər Bakıətrafı ərazilərdə gizlənmişlər. Mən Qasım bəyə Əmir Həmzə Hacı Abid bəyi şəhərə hər hansı bir yolla çağırılıb və onunla birgə suiqəsddə iştirak edən 2 nəfərin yeri öyrənilərək tutulmağına göstəriş verdim.”


Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işğalı münasibətilə gümüşdən "1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı "Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu. Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa başlamışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polad Həşimovun xanımı: \
Rusiyanın idarə edildiyi Kremli tikən azərbaycanlı kimdir? -Başı bədənindən ayrılan memarın həyatı
Özünə  120  milyon  dollarlıq   bina  tikən

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı