Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84915
az

Hər gün 20 dəqiqə bu vəziyyətdə qalın – Sağlamlığa inanılmaz FAYDASI var

23:4915 Mart, 2023
1014
MARAQLI
  • A

Bəzən hətta idman zalı və yaşadığın mənzil eyni binada olsa belə, yenə də idmanla məşğul olmamaq üçün bir bəhanə tapmaq olur. Bu günki həyatın ritmi də bu bəhanələr üçün “münbit” şərait yaradır. Bir qayda olaraq, vaxtımızın çoxunu işə, qalan hissəsini ailəmizə, dosta-tanışa sərf edirik, daim hərəkətdə oluruq. Bütün bunların nəticəsində idman zalına getmək və səhərlər qaçmaq barədə verdiyimiz vədlər elə vəd olaraq qalır. Bəs sağlam həmdə formada olmaq üçün nə edək? Sağlam bədəndə sağlam ruh olar! Bəzən az öncə sadaladığımız və digər səbəblərdən həmin sağlam ruhu unuduruq. Amma o ruha azadlıq vermək məhz hər kəsin öz əlindədir.
Almaniya həkimləri insanlara hər gün 20 dəqiqə ərzində ayaqları yuxarıda tutmaqla uzanmağı tövsiyə edirlər.
Bəzi media mənbələri bildirir ki, bu haqda Freundin jurnalı məlumat verib.
Bu sadə məşqin sağlamlığımıza bir çox faydası var.
1. Damarların vəziyyətinə yaxşı təsir edir.
Bu xüsusilə uzun müddət ərzində ayaq üstə dayanan və masa arxasında oturan peşə sahibləri üçün (müəllim, bank, ofis işçiləri, satıcı, bərbər və s.) faydalıdır.
Gün ərzində ayaq damarları yüklənir, gərginliyə məruz qalır. Bu isə damarların sağlamlığına ziyan vurur, varikozun inkişafı riskini artırır.
2. Ürəkdə qan dövranını yaxşılaşdırır.
Ürəyə olan qanın axını artır, ürək daha yaxşı işləyir, ürək əzələsi olan miokardın vəziyyəti yaxşılaşır.
3. Həzm proseslərini stimullaşdırır.
Mədənin fəaliyyətinə müsbət təsir edir, qəbizliyin qarşısını alır.
4. Orqanizmin oksigenlə təchiz olunması artırır.
Bu bütün orqanizm üçün faydalıdır. Orqanizm daha çox energi alır, immun sistemi güclənir, infeksiyalara qarşı daha dözümlü olur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO
Bəzi ərazilərdə qaz olmayacaq

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu