Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84907
az

Ruslara işləyən casus şəbəkə ifşa edildi: Dəmir yolu xəttinə kamera quraşdırıblarmış

22:0615 Mart, 2023
394
DÜNYA
  • A

Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiyaya işləyən və ölkədə təxribat fəaliyyətinə hazırlaşan  casus şəbəkəsini ifşa  edib.

Oxu24.com xəbər  verir  ki,  bu barədə RMF FM məlumat yayıb.

İstintaq çərçivəsində ABW əməkdaşları 6 nəfəri saxlayıb, şəbəkə fəaliyyəti ilə əlaqədar dəmir yolu relslərində və milli əhəmiyyətli infrastrukturda həyəcan siqnalı verilib.


Saxlanılanlar Rusiya xüsusi xidmət orqanlarında işlədiyi güman edilən “şərq sərhədindən kənarda olan” əcnəbilərdir. ABW agentləri onları mühüm marşrutlarda və dəmir yolu qovşaqlarında relslərdə hərəkəti qeydə alan və görüntüləri şəbəkəyə ötürən gizli kameraların aşkarlanması ilə əlaqədar saxlayıblar.

RMF FM-ə daxil olan məlumata görə, söhbət ilk növbədə Podkarpakye Voyevodalığında - xüsusən də Rzeszov yaxınlığındakı Yasionets hava limanının yaxınlığında yerləşən dəmir yolu relslərinin hissələrindən gedir. Hava limanı Qərbin Ukraynaya göndərdiyi silah və sursatların əsas tranzit məntəqəsidir.

Polşanın digər yerlərində də kameralar quraşdırılıb.

Xüsusi əməliyyatla əlaqədar xidmətin əməkdaşları və polis yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Polşada strateji əhəmiyyətli dəmir yolu xətlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirir və mühüm mühüm infrastruktur obyektlərinin mühafizəsi də gücləndirilib.

Qeyd edək ki, son aylar Polşada bir neçə dəfə Rusiyaya işləməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Yalnız bu ilin yanvarında casusluqda ittiham olunan rus və belarusluya qarşı iş ölkə məhkəməsinə göndərilib.

 

Tərcümə: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva kasetli sursatları qadağan edən konvensiyadan ölkənin çıxmasını təsdiqləyib
Belqorod vilayəti üzərində iki pilotsuz təyyarə məhv edilib
Ermənistan Belarusda keçirilən paraddan imtina edib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı