Yaşıl yumurtası olan qəribə quş — FOTOLAR
12 Mart 2025, 16:42
Qaynar xətt:
(+99450) 247 90 86MARAQLI
1349
15.03.2023, 19:41
Kətan toxumu mədə-bağırsağın işinə müsbət təsir göstərir. Başqa orqanların fəaliyyətini dəstəkləyir. Amma kətan düzgün şəkildə istifadə edilmədikdə, sağlamlığınıza ziyan vurur. Bu gün sizə kətan toxumunun faydalarından və zərərlərindən danışacağam. Diqqət ekrana.
Kətan toxumunun istifadə sahəsi çox genişdir. Sıyıqlara əlavə edilir, içkilərə qatılır, məhlul hazırlanır. Amma unutmayın ki, gündə 50 qr-dan artıq qəbulu yolverilməzdir.
Kətan toxumunun qəbul qaydası.
Məhsulun ən optimal qəbul vaxtı səhər yeməyindən əvvəldir. Maddələr mübadiləsini sürətləndirir, artıq çəkidən yaxa qurtarmağa kömək edir, bütün orqanizmi tonuslaşdırır. Heç bir emala məruz qoymadan 1 xörək qaşığı kətan toxumunu götürün, yeyin. Ağzınızda yaxşı əzin. Üstündən də su için. Effektiv nəticə üçün minimum qəbul müddəti 3 həftədir.
Kətan toxumunu 1 aydan az istifadə olunmamalıdır. Yalnız bu zaman orqanizm yetəri qədər faydalı maddələr qəbul edəcək. İlk olaraq, az-az qəbul edin. Məsələn; 1 xörək qaşığı. Yavaş-yavaş 2 xörək qaşığı və daha çox miqdarda qəbul edilə bilər. Sonra bir neçə ay fasilə verin.
Arıqlamaq üçün.
Qədimdən insanlar bu məhsulu sırf arıqlamaq məqsədilə rasionuna daxil edib. Təəccüblü deyil; bu üsul, həqiqətən də, işə yarayır. Xüsusilə, qatıqla qarışdıranda. Gündə 2 dəfə, hər dəfə 2 xörək qaşığı olmaqla kətan toxumu qatılmış qatıq yeyin. Üstündən 1 stəkan su için. Arzuolunan nəticə özünü çox gözlətməyəcək. Mədə şirəsi ilə təmasda olan kətan toxumu şişir və toxluq hissi yaradır. Üstəlik, bu məhsul kalorisizdir. Beləcə, asanlıqla arıqlamaq mümkün olur. Bundan əlavə, o, bağırsağın işini normallaşdırır, bağırsağın müntəzəm şəkildə boşalmağına kömək edir. Yəni, siz həm arıqlayırsınız, həm də orqanizm toksin və zərərli maddələrdən təmizlənir. Amma yuxarıda qeyd etdiyim kimi. Yaxşı çeynəmək şərtilə. Yaxşı çeynəmədiyiniz zaman kətan toxumu bütöv halda nəcisdən xaric olacaq. Bu zaman siz onun çox effektini görə bilməyəcəksiniz.yaxşı çeynəyə bilməyənlər onu qəhvəüyüdəndə üyüdüb istifadə edə bilər. Üyüdülmüş və xırdalanmış şəkildədirsə, həmən qəbul etməlisiniz. Çünki tərkibindəki yağ turşuları xarab olmağa üz tutur.
Üyüdülmüş kətan toxumunu nəyə qatmaq olar?
Əvvəlcə, bir daha xatırladım ki, üyüdülmüş kətan toxumu həmən qəbul edilməlidir. Yoxsa o, oksidləşəcək və xərçəng riski yaradacaq. Buna görə də, onu istifadə edəcəyinizdən artıq hazırlamayın. Bir dəfə qəbul üçün nə qədər lazımdırsa, o qədər üyüdün. Üyüdülmüş toxumu şirəli içkilərə qata bilərsiniz. Meyvəni və giləmeyvəni qaynadın, sonra onun suyuna üyüdülmüş kətan toxumu əlavə edin. 1 stəkan içkiyə 1 xörək qaşığı toxum bəs edir. Kətan toxumunun stəkanın dibinə çökməyini gözləyin, sonra yeməkdən 30 dəq qabaq birnəfəsə için.
Kətan toxumunu meyvə salatlarına, yerkökü şirəsinə və digər faydalı içkilərə də qata bilərsiniz. 1 xörək qaşığı kətan toxumunu 1 stəkan mayeyə əlavə edin və yaxşıca qarışdırın. 2-3 dəqiqə gözləyin, sonra səhər acqarına için.
Siz kətan toxumu ilə faydalı sıyıq da hazırlaya bilərsiniz. 1 stəkan qarabaşağı və kətan toxumunu qarışdırın. Azca qaynar su əlavə edin və 1 saat gözləyin. Zövqə görə, sıyığa kərə yağı, ləpə, meyvə dilimləri əlavə edə bilərsiniz.
Həmçinin oxuyun
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
38
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
63
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
50
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
60
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
58
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
59
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
52
21:31 / 12 Mart 2025
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı fikrini açıqladı
62
20:54 / 12 Mart 2025
13 yaşlı oğlan eyvandan yıxılıb öldü
66
20:48 / 12 Mart 2025
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
80
20:30 / 12 Mart 2025
Sarkisyana qadağa qoyuldu
92
20:15 / 12 Mart 2025
SON DƏQİQƏ! Prezident yeni təyinat edib
1983
20:13 / 12 Mart 2025
Təyyarə göydə tüstülədi
81
20:10 / 12 Mart 2025
İsrail 5000 Kamikadze İHA almağa hazırlaşır
95
20:02 / 12 Mart 2025
Çinli ixracatçılar Rusiyada malların ələ keçirildiyini bildirirlər
82
19:52 / 12 Mart 2025
Serbiya BMT-nin Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səsverməni geri götürüb
85
19:33 / 12 Mart 2025
SON DƏQİQƏ! Onlar həbs edildilər
788
19:25 / 12 Mart 2025
Türkiyəyə böyük ümidlər var
91
19:22 / 12 Mart 2025
“Qazprom”un top meneceri kokainlə həbs edilib
91
19:19 / 12 Mart 2025
Rusiya səfirliyi Yunanıstanın RİA Novosti-yə akkreditasiyadan imtina etməsinə cavab verib
96
19:15 / 12 Mart 2025
Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər
87
19:11 / 12 Mart 2025
Ərazilər Rusiyada qalacaq - KİV
95
18:55 / 12 Mart 2025
Kanadadan ABŞ-yə cavab
85
18:50 / 12 Mart 2025
3 rayonda qaz olmayacaq
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.